2 yaşlı uşaq evdə sünnət olundu, komaya düşdü. 

Moskvada 2 yaşlı uşaq evdə həyata keçirilən sünnət əməliyyatından sonra komaya düşüb.
Moderator.az Rusiya mediasına istinadla yazrı ki, bu haqda  Rusiya İstintaq Komitəsinin Baş Dövlət İstintaq İdarəsinin  paytaxt üzrə rəhbərinin baş köməkçisi Yuliya Ivanova mediaya məlumat verib.
“Yeni Moskva ərazisindəki Desyonovskoe qəsəbəsində bir kişi  2016-cı il təvəllüdlü  uşağın üzərində cərrahiyyə əməliyatı aparıb.  Nəticədə körpə konvulsiya və anafilaktik şok keçirib. Uşaq koma vəziyyətində şəhər xəstəxanasına çatdırılıb”, – deyə istintaq rəsmisi bildirib. Onun sözlərinə görə, ixtisaslı tibbi yardım aldıqdan sonra uşaq  koma durumundan çıxıb və vəziyyəti stabildir.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
Müstəqil.Az

Share: