20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi

20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi

2021-ci ilin ikinci yarısında sosial xidmətlər sahəsində dövlət sifarişləri sırasında “20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” mövzusunda müsabiqə də var.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən elan edilən, ölkəmizin cavan yaradıcı kreativlərini birləşdirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən rəqabət şəraitində qazanılan, sentyabrın əvvəlindən həyata keçirilməyə başlanılan “20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” adlı təkrar müsabiqəyə uyğun vətənpərvərlik istiqamətində maraqlı fəaliyyətləri özündə birləşdirir.  Müsabiqənin əsas şərtlər toplusu və sənədlərində tələb olunan qaydalara uyğun olaraq sosial sifariş üzrə müxtəlif xidmətlər göstərilməyə başlanılıb. Layihə icraçılarının verdiyi məlumata görə, 4 ay müddətində, 1 sentyabr – 31 dekabr 2021-ci il tarixləriərzində həyata keçiriləcək sosal xidmətlər rəngarəng fəaliyyət növlərini əhatə edəcək.

Sosial xidmət sahəsində dövlət sifarişləri üzrə müsabiqənin əsas məqsədi

Fəaliyyətin əsas məqsədi Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunmasından ibarətdir. Bu yöndə Qarabağın dirçəlişi üçün qaçqın və məcburi köçkünlərə mənəvi dəstək vermək, həssas qruplar sayılan qazi, əlil, şəhid ailələri və üzvlərinin dövlətimizin daxili siyasətini dəstəkləmək, motivasiya xarakterli fəaliyyətlər həyata keçirməklə xaricdən gələn mənfi təsirlərin qarşısinı almaq , vətənpərvərlik ideologiyasını gücləndirmək üçün məhsulların hazırlanması, İnternet, TV, KİV, yeni media və sosial şəbəkələr, elektron kitabxanalar, başqa informasiya platformalarında yayımı, kağız və e-nəşrlərin hazırlanması vacibdir. Silsilə verilişlər, virtual sərgilər, elektron kitablar, sosial şəbəkədə sosial şəbəkələrdə “Vətənim varım-dövlətimdir!” İnformasiya resurs mərkəzinin yaradılması, 20 Yanvar şəhidləri və qəhrəmanlarına həsr olunmuş onlayn müsabiqə, toplunun nəşri, e-nəşrlərin hazırlanaraq elektron kitabxana bölümündə yayımı, “Azad Azərbaycan” qürur hekayələri platforması tədbirlərinin təşkili ilə qoyulan məqsədə çatmaq mümkündür.

Fəaliyyətin istiqamətləri

1) 20 Yanvar hadisələri mövzusunda İnternet, TV, KİV, yeni media və sosial şəbəkələr, elektron kitabxanalar, başqa informasiya platformalarında yayımı, kağız və e-nəşrlərin hazırlanması.

2) 20 Yanvar hadisələri mövzusunda  8 silsilə tele-verilişlər çəkilib hazırlanacaq, yayımı təşkil ediləcək.

3) 20 Yanvar hadisələri mövzusunda 10 elektron nəşr (e-kitab) çapa hazırlanacaq, onların fəaliyyət boyunca və sonra daimi virtual sərgilərin keçirilməsi.

 4) 20 Yanvar hadisələri mövzusunda sosial şəbəkələrdə “Vətənim varım-dövlətimdir!” İnformasiya resurs mərkəzinin yaradılması.

5) 20 Yanvar şəhidləri və qəhrəmanlarına həsr olunmuş onlayn müsabiqə, və nəticəsi olaraq kağız/elektron toplunun nəşri, təqdimatı, yayımı həyata keçiriləcək.

6) 20 Yanvar hadisələri mövzusunda  e-nəşrlərin hazırlanaraq elektron kitabxana bölümündə yayımıreallaşdırılması.

7) 20 Yanvar hadisələri mövzusunda  “Azad Azərbaycan” qürur hekayələri platforması tədbirlərinin təşkili bütün layihə boyu aparılacaq;

8) 20 Yanvar şəhidlərinin və həmin hadisələrlə əlaqədar əlilliyi olan şəxslərinhəyat səlnaməsinin örnək kimi təbliği istiqamətində informasiya mühitinin genişləndirilməsi aparılması.

9) 20 Yanvar şəhidlərinin və həmin hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin hüquqları və onların təmin olunması ilə bağlı dövlət səviyyəsində görülən işlərin kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat işinin aparılması mexanizmləri işlənib hazırlanması.

10) 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunması ilə bağlı əhali, xususilə də uşaq və gənclər arasında digər zəruri tədbirlərin həyata keçirilməsi.

11) 20 Yanvar hadisələrinin qəhrəmanları, iştirakçıları, şəhidlərinin tarixi rolunu cəmiyyətdə özünüifadə və sosial uyğunlaşmanın formatı kimi inkişaf etdirilməsinə yardım etmək üçün Feysbuk sosial şəbəkəsində ayrıca resursun yaradılması, zənginləşdirilməsi.

12) 20 Yanvar hadisələri şahidləri və  şəhid ailələrin üzvlərinin, əlillərinin cəmiyyətə inteqrasiyası üçün informasiya mühitinin yaradılması.

13) Bu istiqamətdə kütləvi informasiya vasitələrində, xüsusən İnternet portallar, yeni media, onlayn/oflayn TV, elektron kitabxana, video yayım şəbəkələri və sosial platformalarda də televiziya vasitəsilə geniş təbliğat- təşviqat kampaniyası təşkil olunacaq.

14) 20 Yanvar qəhrəmanların ailə üzvləri və davamçıları  KİV vasitəsilə cəmiyyətlə ünsiyyətinin qurulması.

15) Fəaliyyəti, aparılan işlər, işləmə mexanizmi, vəzifələri, işinin məzmunu və üsulları barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək. Məlumat materialları həm təşkilatın özündə qalır, həm İnternet portalları, elektron kitabxana, virtual TV və sosial şəbəkə resurslarında sosial müdafiə müəssisələrinə təqdim ediləcək.

Fəaliyyət həyata keçirilən zaman donora və əlaqədar  dövlət qurumlarına, geniş ictimaiyyətə aylıq, eləcə də sonda yekun hesabatlar açıqlanacaq.

Sosial xidmət sifarişinin texniki icmalı

Tariximizin qızıl səhifələrindən sayılan 1990-cı il 20 Yanvar hadisələrindən – keçmiş sovet imperiyasının rəhbərləri və hərbi qüvvələri tərəfindən Bakıda törədilmiş sülh və insanlıq əleyhinə cinayətdən 31 il ötür. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunması  istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi baxımından aktual və əhəmiyyətlidir.

Azərbaycan dövlətinin tərəfindən qəbul edilən konvensiyalarda məlumatlandırma tədbirlərinin həyata keçirilməsi öhdəliyi müəyyən edilmişdir. Konvensiyaların, beynəlxalq sənədlərin tələbinə görə xüsusi qayğıya ehtiyacı olan insanlar məlumatlandırılmalı, onların hüquqlarına, şərəf və ləyaqətlərinə, bacarıqlarına və verə biləcəyi töhfələrə hörmət hissi gücləndirilməli, onlar haqqında məlumat xarakterli tədbirlər həyata keçirilməlidir. Üzv ölkələr kütləvi informasiya vasitələri ilə ictimai məlumatlandırma və əlilliyi olan şəxslərin, eləcə də cəmiyyətin digər üzvlərinin konvensiya və burada əks olunan hüquqlara dair məlumatlandırılması istiqamətində tədbirlər həyata keçirməlidirlər. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif  kateqoriyaları üzrə (mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan insanlar, əlilliyi olan şəxslər üçün hüquqi maarifləndirmə sahəsində tədbirlərin görülməsi öz əksini  tapmışdır.

ƏƏSM nazirliyi və vətəndaş cəmiyyəti qurumlarının sosial proqramlarda yaxından iştirakı sosial sifarişlərin dəyərləndirilməsi, yeni trendlərin tətbiqi, sosial xidmətlərin genişləndirilməsi baxımından unikal platformadır. Bu baxımdan Yeni Yazarlar və Sənətçilər ictimai birliyi sosial xidmətlərin  uzun müddətli təcrübəsinə əsaslanaraq,  bu məqsədi ilə “20 Yanvar hadisələrinin mahiyyətinin təbliği”  müsabiqə çərçivəsində müxtəlif fəaliyyətlər həyata keçirilməsini təklif edir.

Sosial xidmət sifarişinin geniş məqsədi

Çağdaş Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin mahiyyətinin ölkəmizdə və beynəlxalq aləmdə intellektual-kreativ, yeni informasiya alətlərindən, İnternet, yeni media, sosial şəbəkə, e-nəşr, TV verilişlər, e-kitabxana vasitəsi ilə təbliğ olunmasından ibarətdir. Bu yöndə Qarabağın dirçəlişi üçün qaçqın və məcburi köçkünlərə mənəvi dəstək vermək, həssas qruplar sayılan qazi, əlil, şəhid ailələri və üzvlərinin dövlətimizin daxili siyasətini dəstəkləmək, motivasiya xarakterli fəaliyyətlər həyata keçirməklə xaricdən gələn mənfi təsirlərin qarşını almaq, hərbi-vətənpərvərlik ideologiyasını gücləndirmək üçün məhsulların hazırlanması, İnternet, TV, KİV, yeni media və sosial şəbəkələr, elektron kitabxanalar, başqa informasiya platformalarında yayımı, kağız və e-nəşrlərin hazırlanması vacibdir. Silsilə verilişlər, virtual sərgilər, elektron kitablar, sosial şəbəkədə sosial şəbəkələrdə “Vətənim varım-dövlətimdir!” İnformasiya resurs mərkəzinin yaradılması, 20 Yanvar şəhidləri və qəhrəmanlarına həsr olunmuş onlayn müsabiqə, toplunun nəşri, e-nəşrlərin hazırlanaraq elektron kitabxana bölümündə yayımı, 20 Yanvar şəhidlərinin və həmin hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin hüquqları və onların təmin olunması ilə bağlı dövlət səviyyəsində görülən işlərin kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat işinin aparılması,“Azad Azərbaycan” qürur hekayələri sisilə tədbirlərinin təşkili ilə qoyulan məqsədə çatmaq mümkündür.

Sosial xidmət sifarişinin vəzifələri

– 20 Yanvar şəhidlərinin və həmin hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin həyat salnaməsinin örnək kimi təbliği istiqamətində informasiya mühitinin genişləndirilməsi;

– 20 Yanvar şəhidlərinin və həmin hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin hüquqları və onların təmin olunması ilə bağlı dövlət səviyyəsində görülən işlərin kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat işinin aparılması;

– 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunması ilə bağlı əhali, xususilə də uşaq və gənclər arasında digər zəruri tədbirlərin həyata keçirilməsi.

– 20 Yanvar hadisələrinin qəhrəmanları, iştirakçıları, şəhidlərinin tarixi rolunu cəmiyyətdə özünüifadə

və sosial uyğunlaşmanın formatı kimi inkişaf etdirilməsinə yardım etmək;

– 20 Yanvar hadisələri şahidləri və  şəhid ailələrin üzvlərinin, əlillərinin cəmiyyətə inteqrasiyası üçün informasiya mühitinin yaradılması;

– Bu istiqamətdə kütləvi informasiya vasitələrində, xüsusən İnternet portallar, yeni media, onlayn/oflayn TV, elektron kitabxana, video yayım şəbəkələri və sosial platformalarda də televiziya vasitəsilə geniş təbliğat- təşviqat kampaniyasının təşkili;

– Bu sahədə ixtisaslaşmış kadrlar vasitəsiləfunksional bacarıqlarının üzə çıxarılması üçün işlərin aparılması;

– Qəhrəmanların  KİV vasitəsilə cəmiyyətlə ünsiyyətinin qurulmasına nail olunması.

Sosial xidmət sifarişi çərçivəsində görüləcək işlər

        – 20 Yanvar hadisələri mövzusunda İnternet, TV, KİV, yeni media və sosial şəbəkələr, elektron kitabxanalar, başqa informasiya platformalarında yayımı, kağız və e-nəşrlərin hazırlanacaq;

      – 20 Yanvar hadisələri mövzusunda  8 silsilə tele-verilişlər çəkilib hazırlanacaq, yayımı təşkil edilək;

       – 20 Yanvar hadisələri mövzusunda 10 elektron nəşr (e-kitab) çapa hazırlanacaq, onların fəaliyyət boyunca və sonra daimi virtual sərgiləri keçiriləcək;

       – 20 Yanvar hadisələri mövzusunda sosial şəbəkələrdə “Vətənim varım-dövlətimdir!” İnformasiya resurs mərkəzi yaradılacaq;

      –  20 Yanvar şəhidləri və qəhrəmanlarına həsr olunmuş onlayn müsabiqə, və nəticəsi olaraq kağız/elektron toplunun nəşri, təqdimatı, yayımı həyata keçiriləcək;

     – 20 Yanvar hadisələri mövzusunda  e-nəşrlərin hazırlanaraq elektron kitabxana bölümündə yayımı eallaşdırılacaq;

– 20 Yanvar hadisələri mövzusunda  “Azad Azərbaycan” qürur hekayələri platforması tədbirlərinin təşkili bütün layihə boyu aparılacaq;

– 20 Yanvar şəhidlərinin və həmin hadisələrlə əlaqədar əlilliyi olan şəxslərinhəyat səlnaməsinin örnək kimi təbliği istiqamətində informasiya mühitinin genişləndirilməsi aparılacaq;

– 20 Yanvar şəhidlərinin və həmin hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin hüquqları və onların təmin olunması ilə bağlı dövlət səviyyəsində görülən işlərin kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat işinin aparılması mexanizmləri işlənib hazırlanacaq;

– 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunması ilə bağlı əhali, xususilə də uşaq və gənclər arasında digər zəruri tədbirlərin həyata keçirilməsi.

– 20 Yanvar hadisələrinin qəhrəmanları, iştirakçıları, şəhidlərinin tarixi rolunu cəmiyyətdə özünüifadə və sosial uyğunlaşmanın formatı kimi inkişaf etdirilməsinə yardım etmək üçün Feysbuk sosial şəbəkəsində ayrıca resursun yaradılması, zənginləşdirilməsi

– 20 Yanvar hadisələri şahidləri və  şəhid ailələrin üzvlərinin, əlillərinin cəmiyyətə inteqrasiyası üçün informasiya mühitinin yaradılması;

– Bu istiqamətdə kütləvi informasiya vasitələrində, xüsusən İnternet portallar, yeni media, onlayn/oflayn TV, elektron kitabxana, video yayım şəbəkələri və sosial platformalarda də televiziya vasitəsilə geniş təbliğat- təşviqat kampaniyası təşkil olunacaq;

– Bu sahədə ixtisaslaşmış kadrlar vasitəsilə funksional bacarıqlarının üzə çıxarılması üçün işlərin  aparılacaq.

– 20 Yanvar qəhrəmanların ailə üzvləri və davamçıları  KİV vasitəsilə cəmiyyətlə ünsiyyətinin qurulacaq;

– Fəaliyyəti, aparılan işlər, işləmə mexanizmi, vəzifələri, işinin məzmunu və üsulları barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verəcəkdir. Məlumat materialları həm təşkilatın özündə qalır, həm İnternet portalları, elektron kitabxana, virtual TV və sosial şəbəkə resurslarında sosial müdafiə müəssisələrinə təqdim ediləcəkdir.

Sosial xidmət sifarişi işçi heyəti və idarə olunması

Sosial xidmət sifarişinin təqdim olunmuş ştat cədvəlinə uyğun olaraq, əvvəlcədən sənədləri müsabiqənin tələblərinə uyğun olaraq təqdim edilmiş mütəxəssislər işə qəbul olunacaqlar. Müsabiqə qalibi olduğu halda müqavilələr müsabiqəyə əvvəlcədən təqdim edilmiş tərcümeyi-hal və tələb olunan sənədlər üzrə olan mütəxəssislərlə bağlanacaqdır. Bu işçi heyətinə layihənin hazırlıq mərhələsində sosial xidmət sifarişinin tam fəaliyyət göstərməyə başlamazdan əvvəl təlimin keçiriləcəkdir. Təlimlərdə  aşağıdakı mövzulara toxunulması nəzərdə saxlanılır: sosial xidmətin göstərilmə qaydaları, əsas vəzifələri; şəhid ailələri, qazilər, həssas qrup nümayəndələrinə ideoloji-kulturoloji yardım  göstərilməsi. Əldə olunmuş biliklərin layihə cərcivəsində tətbiqi zamanı paralel olaraq bilik və bacarıqlarının artırılması üçün  təcrübə mübadiləsi aparılacaq, müvafiq təlimlərə cəlb ediləcəklər.  Sosial xidmət sifarişininyerinə yetirildiyi yerlərin gediş və gəliş üçün münasib, hər kəsin rahat tapa biləcək ünvanda olması təmin ediləcək, stol-stullar, kompyuter və avadanlıqlarla təcrid olunmuş qaydada İctimai Birlik tərəfindən və QHT-nin texniki imkanları hesabına təmin ediləcəkdir.

Sosial xidmət sifarişininsonunda aşağıdakı nəticələr əldə olunacaq:

  1. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunması nəticəsində əhali, xüsusilə də uşaq və gənclər arasında vətənpərvərlik ruhu daha da yüksələcək;
  2. 20 yanvar 1990-ci ildə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrundaaparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək şəhid olmuş şəxslərin ailə üzvlərinin və öz sağlamlıqlarını itirmış şəxslərin hüquqlarının müdafiəsi istiqamətində materialların hazırlanması və təşviqat kampaniyasının aparılması nəticəsində onların bu sahədə məlumatlılıq səviyyəsi daha da artacaq;
  3. Kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat işinin aparılması nəticəsində cəmiyyətdə 20 Yanvar şəhidlərinin və həmin hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması sahəsində dövlət səviyyəsində görülən işlər barədə cəmiyyətdə ətraflı və pozitiv fikir formalaşacaq.
  4. Yeni kitab, elektron nəşrlər, TV verilişlər, sosial media və şəbəkə resursları yaradılacaq.

Monitorinq və qiymətləndirmə

Müqavilə imzalanan gündən sonra birinci ayın sonunda ilkin hesabat (işə başlanması və görülmüş işlər barədə) və konkret fəaliyyət planı Nazirliyə təqdim ediləcəkdir.  Bundan əlavə, hər ay görülmüş işlər barədə yazılı hesabat və hər ay xərclər barədə maliyyə hesabatı təqdim ediləcəkdir. Sosial xidmət sifarişi başa çatandan ən geci bir ay müddətində Son İcra Hesabatı təqdim ediləcəkdir. Hesabatlar təyin edilmiş xüsusi hesabat formalarında təqdim ediləcəkdir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin monitorinq qrupu tərəfindən əvvəlcədən xəbərdarlıq edilərək və ya edilməyərək monitorinqin aparılması mümkün olacaqdır. Eləcə də  layihənin aralıq və yekun qiymətləndirilməsi keçirilərək qiymətləndirmənin nəticələrini əks etdirən hesabat hazırlanacaqdır. Sosial xidmət sifarişinin fəaliyyətinin monitorinqi üçün monitorinq qrupu üçün bütün şərait yaradılacaqdır.

– Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq yaradılacaq;

– Bundan başqa  müsabiqənin qalibi olduğu təqdirdə sosial xidmət sifarişinin hazırlıq mərhələsi üzrə həyata keçirilən işlər haqqında hesabat (işə başlanması və görülmüş işlər haqqında) və konkret fəaliyyət planı Nazirliyin müvafiq qurumuna təqdim ediləcəkdir;

– İctimai Birlik hər rüb görülmüş işlər barədə yazılı hesabat və hər ay xərclər barədə maliyyə hesabatı nazirliyin müavfiq şöbəsinə təqdim edəcəkdir;

– İş planına uyğun olaraq sosial xidmət sifarişi başa çatandan ən geci bir ay müddətində yekun hesabat təqdim ediləcəkdir. Hesabatlar nazirliyin xüsusi hesabat formasında tərtib olunaraq təqdim ediləcəkdir.

İnanırıq ki, YYSİB-nin icra etdiyi onlarla maraqlı layihə kimi bu sosial xidmət fəaliyyəti də yüksək səviyyədə həyata keçiriləcək və cəmiyyətimizə verdiyi xeyri ilə fərqlənəcəkdir.

Ayxan Əbilli,

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi

Media və İctimaiyyətlə Əlaqə bölməsinin əməkdaşı

Share: