20 Yan­var yad­da­şım­da Kapitan Nazim Həbibov Çingiz Həmidov haqqında yazır

1990-cı ilin yanvarı mə­nim yad­da­şım­da bir tə­rəf­dən məhv ol­maq­da olan im­pe­ri­ya­nın sü­qu­tu, di­gər tə­rəf­dən mü­ba­riz Azər­bay­can xal­qı­nın qəh­rə­man­lıq ta­ri­xi ki­mi qa­lıbdır. Mü­ba­ri­zə və qəh­rə­man­lıq­la do­lu bu yol­da Xə­zər də­niz­çi­lə­ri­nin də xü­su­si pa­yı var­dır. O dəh­şət­li ha­di­sə­lər­də Xə­zər də­ni­zi gə­mi­çi­lə­rinin, həmin dəh­şə­tə eti­raz əlaməti ola­raq uca­lan fit səs­lə­ri və tü­kür­pə­di­ci uğul­tu­la­rı hə­lə də qu­laq­la­rım­dan çə­kil­mə­yib. Hə­min gün Sovet ordusu tə­rə­fin­dən tö­rə­dil­miş o qan­lı ter­ro­ra ilk eti­raz sə­si­ni ucal­dan­lar­dan bi­ri də də­niz hə­ya­tı ilə bir­ba­şa bağ­lı­lı­ğı, ədə­bi mü­hit­də öz sö­zü, yeri olan is­te­dad­lı şa­ir-pub­li­sist Fa­iq Ba­la­bəy­li ol­muşdur. Xə­zər də­ni­zin­də ya­şa­nan o dəh­şət­lə­ri Fa­iq Ba­la­bəy­li “Kə­sil­mə­yən hə­yə­can fi­ti” (Ba­kı, “Qa­nun”, 2003) ki­ta­bın­da çox gö­zəl məz­mun ça­la­rın­da ifa­də et­miş­dir. Bu gün məq­sə­dim o ki­tab haq­qın­da söz açma­q yox, həm dos­tu­m Fa­iqə min­nət­dar­lıq ifa­də et­mək, həm də Xə­zər Də­nizi Do­nan­ma­sın­a məxsusolan gəmilərdə baş ve­rən o dəh­şət­li ha­di­sə­lə­ri gə­lə­cək nə­si­llərə çatdırmaqdadır.

20 Yan­var yad­da­şım­da
Hə­min ha­di­sə­lər za­ma­nı o ağ­rı-acı­la­rı ya­şa­yan­lar­dan və o ağ­rı-acı­la­rın kədərini axı­ra qə­dər da­şı­ya bil­mə­yən dos­tum, qar­da­şım, o za­man “Vo­do­ley-4” gə­mi­si­nin ka­pi­tan kö­mək­çi­si vəzifəsində iş­lə­yən Hə­mi­dov Çin­giz Ba­ha­dur oğ­lu idi.
Önçə çox bö­yük təəs­süf və ürək ağ­rı­sı ilə qeyd et­mək is­də­yi­rəm ki, ha­zır­da Çin­giz hə­yat­da de­yil, be­lə ki, Yan­var ha­di­sə­lə­rin­də ya­şa­nan­la­r Çin­gi­zin səh­hə­tin­də gün­bə­gün özü­nü bü­ru­zə ver­di və onu sı­ra­la­rı­mız­dan çox erkən apar­dı. La­kin, Çin­giz bü­tün ba­şı­na gə­ti­ri­lən mü­si­bət­lə­ri mə­nə da­nış­mış, bə­zən isə o xa­ti­rə­lə­rin ağ­ır­lı­ğın­dan qa­ça­raq, özü­nə­məx­sus tərz­də, o gün­lə­rə bir da­ha qa­yıt­ma­maq üçün söh­bət­dən uzaq­la­şmışdı.
Çin­giz­lə həm uşaq­lı­ğı­mız, həm gənc­li­yi­miz bir­lik­də ke­çib. Or­ta yaş döv­rü­mü­zü isə bir yer­də axı­ra­dək ya­şa­maq qis­mə­ti­miz ol­ma­dı. Ne­cə de­yər­lər, buna onun ömrü və­fa et­mə­di.
Çin­gi­zin özü­nə­məx­sus xarakterik key­fiy­yət­lə­ri var idi. Bu key­fiy­yət­lər onun cə­sa­rə­ti, dö­züm­lü­lü­yü, səbr­liyi, mərd­li­yi, prin­si­pial­lı­ğı, cə­sur­lu­ğu, sə­mi­mi­li­yi, və­tən­pər­vər­li­yi idi. Məhz ona gö­rə də hə­min çə­tin mə­qam­da Çin­giz hə­ya­tı­nı təh­lü­kə­yə ata­raq bü­tün heyəti xi­las et­mə­yə ça­lı­şır­dı. Hə­min an­da, hər bir sa­ni­yə­nin be­lə in­san hə­ya­tı üçün təh­lü­kə­li ol­du­ğu bir vaxt­da Çin­giz ka­pi­tan kür­sü­sün­də bü­tün əmr­lə­ri yer­li-ye­rin­də, heç bir səh­və yol ver­mə­dən ve­rir­di. Bax, əsl ida­rə­çi­lik də elə bu­dur! Təh­lü­kə­siz gə­mi­yə heyəti yer­ləş­di­rib, hə­ya­tı­nı təh­lü­kə al­tı­na qo­ya­raq Çin­giz gə­mi­ni özü tək­ba­şı­na ida­rə edir­di. Çün­ki, Çin­giz yu­xa­rı­da qeyd et­di­yim key­fiy­yət­lə­rin da­şıy­cı­sı idi.
Çin­gi­zin qəh­rə­man­lı­ğı­nı ifa­də edən bir ya­zı­nı is­tək­li oxu­cu­la­rı­mı­zın diq­qə­ti­nə çat­dır­maq is­tə­yi­rəm:
“Vo­do­ley-4” gə­mi­si­nin baş me­xa­ni­ki Ger­man Ser­gey Qri­qo­ri­ye­vi­çin 5 mart 1990-cı tarixdə Xə­zər Də­niz Neft Do­nan­ması İda­rə­si­nin rəi­si Cəb­ra­yıl Məm­mə­do­va yaz­dı­ğı iza­ha­tın­da de­yi­lir: 1990-cı ilin 24 yan­va­rın­da gə­mi­miz Də­niz vağ­za­lı­na aid olan ra­yon­da löv­bər­də da­yan­mış­dı. Mən iş ye­rim­də idim. Təx­mi­nən sa­at 14-də ma­şı­nın ha­zır­lan­ma­sı haqqında əmr al­dım. Gə­mi­nin 3-cü me­xani­ki M.Bün­ya­do­va ma­şın­la­rı ha­zır­la­maq üçün tap­şı­rıq ver­dim. Sa­at 14:30-da ma­şın­lar ar­tıq ha­zır idi. Am­ma ka­pi­tan Mu­rad Əli­yev gə­mi­də ol­ma­dı­ğı üçün löv­bə­ri yığ­ma­dıq. Ka­pi­tan “Sa­bit Oru­cov” gə­mi­sin­də idi. O, bi­zim­lə efir va­si­tə­si ilə əla­qə­yə gir­di və: “Mə­ni göz­lə­yin, özüm gə­mi­yə gə­li­rəm” – dedi.
20 Yan­var yad­da­şım­da
Sa­at 14:55-də ka­pi­ta­nın baş kö­mək­çi­si Hə­mi­dov Çin­gi­zin ver­di­yi əmrə əsa­sən löv­bə­ri yığ­dıq və ey­ni za­man­da əsas mü­hər­rik­lər­lə, ki­çik sü­rət­lə ge­ri­yə “iş­lə­dik”. Sa­at 14:58-də gə­mi­miz sa­hil­dən müx­tə­lif növ si­lah­lar­dan (av­to­mat, pu­lem­yot, tank və BTR-lər­dən) atə­şə tu­tul­du. Mən əsas ma­şın­la­rın ida­rə olu­nan pul­tun­da idim. Əv­vəl­cə ka­pi­tan kör­pü­sün­dən səs­li ko­manda al­dım: “Tam sü­rət­lə ar­xa­ya!”, 15:00-da ye­ni ko­man­da ve­ril­di: “Tam sü­rət­lə irə­li!
Əmr ye­ri­nə ye­ti­ril­di. Ka­pi­ta­nın baş kö­mək­çi­sin­dən baş­qa bü­tün hey­ə­t təh­lü­kə­siz yer­də, ma­şın şö­bə­sin­də idi. Çin­giz ko­man­da hey­ə­ti­ni­nin sağ qal­ma­sı üçün özü­nü təh­lü­kə­yə atıb, gül­lə qa­ba­ğın­da gə­mi­ni təkba­şı­na ida­rə edir­di. Beş də­qi­qə­dən son­ra mən ma­şın şö­bə­sin­dən yu­xa­rı, gəminin dəhlizinə qalx­dım. Bu za­man gə­mi ar­xa­sı də­niz vağ­za­lı­na tə­rəf çev­ril­di və irə­li hə­rə­kət et­mə­yə baş­la­dı. Ka­pi­tan kör­pü­sü­nə qalx­dım. Hə­mi­dov sükan arxısında du­rub gə­mi­ni ida­rə edir­di. Son­ra aşa­ğı düş­düm. Ka­pi­ta­nın ka­yu­ta­sın­da atı­lan gül­lə­lər­dən yan­ğın baş ver­miş­di. Şəx­si heyət ar­tıq yan­ğı­nı sön­dür­mək­lə məş­ğul idi. Ka­yu­ta­da­kı yan­ğı­nı çətinliklə də olsa sön­dür­mək müm­kün ol­du. Be­lə ki, ya­nan əş­ya­lar çı­xa­rıl­dı, su və qum va­si­tə­si ilə alo­vu bir­təhər sön­dür­dük.
Gə­mi­nin “bu­run” his­sə­sin­də, bos­ma­na aid olan am­bar­da baş­la­nan yan­ğın isə da­ha qüv­vət­li idi. Əv­vəl­cə iki nə­fər am­ba­ra düş­dü. La­kin tüs­tü­dən, iy­dən və alov­dan heç bir iş gör­mək müm­kün ol­ma­dı­ğı üçün baş kö­mək­çi əmr ver­di ki, am­ba­rı ağ­zı­na­can su ilə dol­du­raq. Am­ba­rı su ilə dol­dur­ma­ğa baş­la­dıq. Bu vaxt “Şir­van” gə­mi­si­nə yan alıb, on­la­rın əla­və iki yan­ğın­sön­dü­rən na­so­su­nun kö­mə­yi ilə yan­ğı­nın qar­şı­sı­nı ala bil­dik. Am­ma gə­mi­nin baş­qa his­sə­lə­rin­də yan­ğın hə­lə də da­vam edir­di. Bu zaman “Vixr-12” yan­ğınsön­dü­rən gə­mi­si kö­mə­yə gəl­di. Baş kö­mək­çi, Bün­ya­dov və mən qə­ra­ra aldıq ki, “ven­tel­ya­si­ya” otaq­la­rı­nın qa­paq­la­rı­nı açıb yan­ğı­nı sön­dü­rək. Çə­tin­lik­lə də ol­sa yan­ğı­nı sön­dür­dük. Yan­ğın olan yer­lə­rin yı­ğış­dı­rıl­ma­sı sa­at 24:00-a qə­dər da­vam et­di. “Vixr-12” gə­mi­si bi­zim gə­mi­yə bi­ti­şik da­yan­mış­dı və baş kö­mək­çi gə­mi heyə­ti­nin hə­min gə­mi­yə keç­mə­si haqqında əmr ver­di. Hey­ət “Vixr-12” gə­mi­si­nə ke­çib, on­la­rın sa­lo­nun­da yer­bə­yer ol­du. Mən də kö­mək­çi me­xa­ni­zm­lə­ri sax­la­yıb, “Vixr-12”-yə keç­dim.
Hər saat­dan bir baş kö­mək­çi Ç.Hə­mi­dov və mən fa­nar va­si­tə­si ilə öz gə­mi­mi­zə ba­xış ke­çir­dik. Sa­at 02:00-da ta­m əmin ol­duq ki, gə­mi­də yan­ğı­nın tə­zə­dən baş­la­ma­sı üçün heç bir qor­xu, təhlükə yox­dur. Ar­tıq yan­va­rın 25-i idi. Sa­at 04:00-da iki hər­bi ka­ter bi­zə tərəf yan al­dı. On­lar­dan bi­ri “Vixr-12”-nin, di­gə­ri isə bi­zim gə­mi­nin “bor­t”un­da da­yan­dı. “Vo­do­ley-4” gə­mi­si­nin ko­man­da hey­ə­ti­nə öz gə­mi­si­nə keç­mə­lə­ri haq­da əmr ver­di­lər. Biz be­lə də et­dik. Bi­zi bir-bir yox­la­yıb, hər­bi ka­ter­lə­rə min­dir­di­lər. Əmr et­di­lər ki, me­xan­ik­lər çı­xıb gə­mi­ni işıq­la tə­min et­sin­lər. Mən və elekt­rik me­xan­i­ki Vi­la­yət Hey­də­rov kö­mək­çi me­xa­nizm­lə­ri işə sa­lıb, gə­mi­ni işıq­la tə­min et­dik. Gə­mi­ni ax­tar­ma­ğa baş­la­dı­lar. On­la­ra de­dim ki, qa­pı­la­rı sın­dır­maq la­zım de­yil, on­la­rı aç­maq üçün açar­lar var. Və bü­tün açar­la­rı “star­şi­na” rüt­bə­li hər­b­çi­yə ver­dim. Am­ma on­lar nə üçün­sə qa­pı­la­rı sın­dır­ma­ğı üs­tün tut­du­lar…
Saat 05:00-da bi­zi hər­bi li­ma­nın kör­pü­sü­nə gə­tir­di­lər. Ora­da bi­zim qa­bır­ğa­mı­za, qar­nı­mı­za və ba­şı­mı­za tə­pik­lə və re­zin zo­pa ilə vurmağa baş­la­dı­lar. Son­ra bi­zi 26 Ba­kı Ko­mis­sa­rı ra­yo­nunun hazırda Səbail rayonunun mi­lis şö­bə­si­nə gə­tir­di­lər. Müs­tən­tiq­lər bi­zi din­dir­dik­dən son­ra xü­su­si re­ji­mi poz­du­ğu­mu­za gö­rə bi­zə ci­na­yət işi açıl­dı­ğı­nı bil­dir­di­lər. Də­fə­lər­lə so­ru­şur­du­lar: “Kim idi gə­mi­dən atəş açan? Si­la­hı ha­ra­da giz­lət­mi­siniz? Gə­mi­də kə­nar adam­lar var idi­mi?”
Mən or­da da de­dim, in­di də de­yi­rəm: “Bi­zim gə­mi­də si­lah və kə­nar adam ol­ma­yıb. Bi­zim gə­mi­dən atəş açıl­ma­yıb, ək­si­nə, bi­zim gə­mi­ni gül­lə­ba­ran edib­lər”.
Sor­ğu-sual­dan son­ra bi­zi Şü­vəlan həbsxanasına apar­dı­lar. Ora­da bi­zim hey­ət­dən tək­cə mə­ni din­dir­di­lər. Din­dir­mə­ni özlə­ri­ni DTK-nin əmək­daş­la­rı ki­mi təq­dim edən üç nə­fər apa­rır­dı. Ey­ni sual­la­rı ver­di­lər və elə ey­ni ca­vab­la­rı da al­dı­lar.

20 Yan­var yad­da­şım­da

Şü­və­lan həbsxanasında üst-ba­şı­mı­zı tə­zə­dən ax­tar­dı­lar, şə­kil­lə­ri­mi­zi çə­kib, qol­la­rı­mı­zı bağ­la­yaraq ma­şın­la­ra “yük­lə­di­lər” və hər­bi ae­rod­ro­ma gə­tir­di­lər. AN-24 hər­bi yük təy­ya­rə­si­nə min­dir­di­lər. İki saat­dan son­ra biz ar­tıq Kras­no­dar şə­hə­ri­nin həbsxanasında idik. Ora­da iki gün qal­dıq­dan son­ra, bi­zi va­qon­la­ra min­di­rib Vol­qoq­ra­da, ora­dan ­da Ul­ya­novsk vi­la­yə­ti­nə gə­tir­di­lər. 1990-cı ilin yan­var ayı­nın 31-i ax­şam biz ar­tıq İn­za şə­hə­rin­də idik. Mən­dən əla­və bi­zim gə­mi­nin da­ha üç üz­vü hə­min şə­hər­də idi və biz ora­da “cə­za­mı­zı çək­dik”. Fev­ra­lın 24-də, 30 gün­lük həbs müd­də­ti­miz ba­şa çat­dıq­dan son­ra azad­lı­ğa bu­ra­xıl­dıq. Fev­ra­lın 27-də ar­tıq Ba­kı­da idik (iza­ha­ta həbs olu­nub, azad­lı­ğa bu­ra­xıl­dı­ğı gün Ul­ya­novsk vi­la­yə­ti İn­za şə­hər həbs­xa­na­sı­na ver­di­yi ara­yış əla­və olu­nur).
“Vo­do­ley-4” gə­mi­si ka­pi­ta­nının baş kö­mək­çi­si Hə­mi­dov Çin­giz Ba­ha­dur oğ­lu­nun iza­ha­tın­dan:
– 1990-cı il yan­va­rın 21-də sa­at 10-da sa­hil­dən “PSK-44” sər­ni­şin gə­mi­si ilə gə­mi­yə gəl­dim. Mən gə­lən­dən son­ra ka­pi­tan Əli­yev Mu­rad elə hə­min gə­mi ilə sa­hi­lə qa­yıt­dı. Gə­mi­miz bux­ta­nın 143 say­lı ra­yo­nun­da, də­niz vağ­za­lı­nın əks is­ti­qa­mə­tin­də da­yan­mış­dı. Ba­kı­da­kı föv­qə­la­də və­ziy­yət­lə əla­qə­dar yan­va­rın 24-də ka­pi­tan “Sa­bit Oru­cov” gə­mi­si­nin efi­ri va­si­tə­si ilə mə­nim­lə əla­qə sax­la­dı. Mosk­va vax­tı ilə sa­at 10 olar­dı. De­di ki, föv­qə­la­də və­ziy­yət­lə bağ­lı xə­bər­lə ta­nış olan­dan son­ra gə­mi­yə gə­lə­cəyəm. Elə hə­min gün təx­mi­nən sa­at 14:30-da “bi­nokl” va­si­tə­si ilə “Sa­bit Oru­cov” gə­mi­si is­ti­qa­mə­ti­nə hü­cum edən əs­gər­lə­ri mü­şa­hi­də edir­dik. Kör­pü­də ka­pi­ta­nı­mı­zın həbs olun­du­ğu­nu gör­düm.
Ma­şın­la­rın ha­zır­lan­ma­sı haqqın­da əmr ver­dim. 14:45-də növ­bət­çi me­xa­nik gə­mi­nin hə­rə­kə­tə gəl­mə­si üçün ma­şın­la­rın ha­zır ol­du­ğu barədə mə­lu­mat ver­di. Sa­at 14:50-də löv­bə­ri yığ­ma­ğa baş­la­dıq. Löv­bər yı­ğıl­ma­ğa baş­la­yan­da gə­mi sa­hil is­ti­qa­mə­tin­də ki­çik sü­rət­lə hə­rə­kə­tə gəldi və bu za­man sa­hil­dən və də­niz vağ­za­lı tə­rə­f­dən hər­bi tex­ni­ka və av­to­mat­lar­la gə­mi­ni yay­lım atə­şi­nə tut­du­lar. Saat 15:10-da yay­lım atəş­lə­ri­nin mü­şa­yiə­ti ilə löv­bə­ri qal­dır­maq bi­zə mü­yəs­sər ol­du. Gül­lə ya­ğı­şı al­tın­da ka­pi­tan kör­pü­sün­dən gə­mi­ni ida­rə et­mək çə­tin idi. 8-ci kör­pü­dən, də­niz vağ­za­lın­dan və bul­var­dan atəş açı­lır­dı. Bu­na bax­ma­ya­raq gə­mi­ni bux­ta­nın 68-ci ra­yo­nu is­ti­qa­mə­tin­də apa­ra bil­dim. Elə bu za­man gə­mi­nin sağ tə­rə­fin­dən bos­man am­ba­rın­da yan­ğın baş ver­di. Yan­ğı­nı sön­dür­mə­yə baş­la­dıq. Yan­ğı­nı sön­dür­mə­yə “Şir­van” və “Vixr-12” gə­mi­lə­ri kö­mək et­di­lər. Təx­mi­nən sa­at 20:15-də yan­ğı­nı sön­dü­rə bil­dik və bü­tün he­yə­tin “Vixr-12” gə­mi­si­nə keç­mə­si haqqın­da gös­tə­riş ver­dim. İki nə­fər gə­mi­də növ­bət­çi sax­la­dıq ki, gə­mi­yə və eləcə də, yan­ğı­nın tə­zə­dən baş­la­ma­ma­sı­na nə­za­rət et­sin­lər.
Yan­va­rın 25-i ge­cə sa­at 3-də hərb­çi­lər “Vixr-12” gə­mi­si­ni zəbt et­di­lər, qa­pı­la­rı sın­dı­rıb, gə­mi­nin bü­tün sə­nəd­lə­ri­ni gö­tür­dü­lər. Onlar bi­zim uşaq­lar­la ko­bud­luq edir, ölüm­lə hə­də­lə­yir­di­lər. Gə­mi­yə məx­sus olan bü­tün ava­dan­lıq­la­rı və apa­rat­la­rı sın­dır­dı­lar. Texniki qurğuları öz­lə­ri ilə gö­tür­dü­lər. Bü­tün he­yə­ti isə həbs et­di­lər. Sa­at 05:20 – bi­zi hər­bi do­nan­ma­nın kör­pü­sü­nə gə­tir­di­lər. Yum­ruq­la, tə­pik­lə, zo­pa ilə dö­yür­dü­lər. Mə­nim göz­lə­ri­mə zə­hər­lə­yi­ci dər­man fıs­qırt­dı­lar. Göz­lə­ri­mi gi­cit­mə tut­muş­du. O vaxt­dan göz­lə­rim­də zəif­lik hiss edi­rəm. Son­ra ha­mı­mı­zı hər­bi ko­men­da­tu­ra­ya, ora­dan Şü­və­lan həbsxanasına gətirdilər. Hə­min gün şək­li­mi­zi çək­di­lər, əl­lə­ri­mi­zi qan­dal­la­yıb ma­şın­lar­la na­mə­lum is­ti­qa­mə­tə apar­dı­lar. Ar­tıq bir saat­dan son­ra yük təy­ya­rə­si ilə bi­zi Kras­no­da­ra yo­la sal­dı­lar. Yan­va­rın 31-də isə qa­tar­la İn­za şə­hə­ri­nə gə­tir­di­lər. 30 gün həbs­də, qal­dıq. Fev­ra­lın 24-də azad olun­duq. Ar­tıq fev­ra­lın 27-də Ba­kı­da idik.
Yaz­dı­ğım iza­ha­ta əla­və ola­raq İn­za şə­hə­rin­də həbs­də ol­du­ğum müd­də­ti təs­diq edən ara­yı­şı da təq­dim edi­rəm.
P.S. Hər iki İza­ha­tın mə­t­ni Fa­iq Ba­la­bəy­li­nin “Kə­sil­mə­yən hə­yə­can fi­ti” ki­ta­bın­dan gö­tü­rül­müş­dür.
Hər il 20 Yan­var fa­ciə­si anıl­dıq­ca də­niz­çi­lə­ri­mi­zin tə­mən­na­sız ta­ri­xi fə­da­kar­lı­ğı, qə­hrə­man­lı­ğı hə­mi­şə ya­da dü­şə­cək, xa­tır­la­na­caq­dır. Bu də­niz­çi­lə­rin sı­ra­sın­da isə Çin­gi­zin xü­su­si ye­ri var, çün­ki O, həm bu ha­di­sə­lə­rin şa­hi­di, həm də ki, şə­hi­di ol­du. ­Bu gün Çin­gi­zin sı­ra­la­rı­mız­da ol­ma­ma­ğı mə­ni və bü­tün onu ta­nı­yan­la­rı ürək­dən sar­sı­dır, la­kin bunun­la be­lə, bir xoş tə­səl­li­miz də var. Bu gün Çin­gi­zin ai­lə­sin­də ye­ni bir Çin­giz bö­yü­yür…
Çin­gi­zin və Çin­gi­zin şəxsində bü­tün şə­hid də­niz­çi­lə­ri­mi­zə Al­lahdan rəh­mət diləyirəm!

Kapitan

Na­zim Hə­bi­bov­

Share: