200-dən artıq şəhid ailəsinin qazla bağlı müraciəti təmin olundu

200-dən artıq şəhid ailəsinin qazla bağlı müraciəti təmin olundu

2022-ci ildə ölkə ərazisində 114 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdu ki, bunların artıq 92 faizində işlər tamamlanıb. Respublikada ümumilikdə 500 km-dən çox boru xətti çəkilib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyasında məlumat verib.

Qurum rəsmisi işlərin 2023-cü ildə də davam edəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev görülən işlər çərçivəsində son 2 ildə  200-dən çox şəhid ailəsinin müraciətinin həll edildiyini qeyd edib.  Həmçinin şöbə rəisi SOCAR “Azəriqaz” İB-nin hər zaman həssas qrup üzvlərinin qayğılarını diqqət mərkəzində saxladığını vurğulayıb.

Aksiya daha sonra jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

Daha ətraflı video materialda izləyə bilərsiniz:

 

Müstəqil.Az

Share: