2000 metr məsafəyə qaçışda dünya rekorduna imza atdı

Norveçli Olimpiya çempionu Yakob İnqebrigtsen 2000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki. Brüsseldə keçirilən “Diamond League” mərhələsində İnqebrigtsen 2 kilometr məsafəni 4 dəqiqə 43,13 saniyəyə qət edib.

Qeyd edək ki, əvvəlki rekord 1999-cu ildə bu məsafəni 4 dəqiqə 44,79 saniyəyə qət edən mərakeşli Hicham El Guerrouja məxsusdur.


Share: