2014-2019-cu illərdə baş verən gəmi qəzalarının sayı açıqlanıb

2014-2019-cu illərdə baş verən gəmi qəzalarının sayı açıqlanıb

Müstəqil.Az xəbər verir ki, 2014-cü il yanvarın 1-dən 2019-cu il dekabrın 31-nə qədər olan dövrü əhatə edən statistikanı Avropa Dəniz Təhlükəsizliyi Təşkilatı (EMSA) açıqlayıb.

Statistikaya əsasən, 2019-cu ildə 3062 dəniz qəzası qeydə alınıb. 2018-ci ildə baş vermiş ciddi qəzaların sayı 106-dır. Bu da 2017-ci ildəki qəzaların sayından 68% çoxdur. Lakin 2019-cu ildə baş vermiş ciddi qəzaların sayı 63-ə enib. Batmış gəmilərin sayında da analoji tendensiya müşahidə olunur. 2019-cu ildə 21 ədəd gəmi batıb, 2018-ci ildə bu rəqəm daha böyük idi.

2014-2019-cu illər ərzində 320 gəmi qəzası baş verib və bu qəzaların nəticəsində 496 nəfər dünyasını dəyişib. Bu rəqəmin 88.3%-i gəmi heyətinin üzvlərinin payına düşür. 2015-2017-ci illər ərzində bu rəqəm azalsa da 2018-2019-cu illərdə bu rəqəmdə yenidən artım nəzərə çarpır.

2014-2019-cu illər ərzində gəmilərdə baş vermiş 5424 bədbəxt hadisə nəticəsində 6210 nəfər müxtəlif xəsarət alıb.

Müşahidələr onu göstərir ki, 2019-cu ildə sərnişin və balıqçı gəmiləri istisna olmaqla, bütün tip gəmilərin qəzalarının sayında azalma var. 2019-cu ildə 1382 ədəd yük gəmisinin iştirakı ilə baş vermiş qəzaların nəticəsində 19 nəfər həlak olub, 1 gəmi batıb. 2014-2019-cu illər ərzində 91 balıqçı gəmisi batıb.

Sərnişin gəmilərinin iştirakı ilə baş vermiş qəzaların yarısı Ro-Ro tipli gəmilərin payına düşür. Buna baxmayaraq, 2014-cü ildən bəri bu tip gəmilərin qəzalarının və qəza nəticəsində həlak olanların sayında azalma qeydə alınıb. 2019-ci ildə Ro-Ro tipli bir ədəd gəmi batıb.

2018-ci ildə 2 ədəd təchizat gəmisi qəza nəticəsində batıb. 2015-ci ildə az rəqəm olsa da 2019-cu ildə say kəskin artıb. “Bourbon Rhode” gəmisinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub 7 nəfər isə itkin düşüb.

Naviqasiya qəzaları, yüngül toxunma qəzaları və saya oturma halları ümumilikdə 44% təşkil edir. Texniki nasazlıq ucbatından baş vermiş qəzaların sayı isə 21.8%-dir.

Gəmidən dənizə yıxılma hadisələrinin sayı 10%-ə bərabərdir.

Avropa Dəniz Təhlükəsizliyi Təşkilatının (EMSA) fikrincə, qəzaların böyük əksəriyyəti daxili sularda, daha dəqiq desək, limanların yaxınlığında baş verib.

İlqar Quliyev

“Seanews.az”

Share: