2014-cü ildə dünya gözəli seçilən Azərbaycan atı

At Azərbaycanda məğrurluq, dözümlülük və əzəmət rəmzi hesab edilir. Bu səbəbdən ata hər zaman sevgi və qayğı ilə yanaşılıb.

Atlar fermer təsərrüfatının ayrı-ayrı sahələrində, kənd təsərrüfatı işlərinin görülməsində də böyük rol oynayır.

Atlardan məişət işləri ilə yanaşı, idman növlərində də geniş istifadə olunur. Təsadüfi deyil ki, atçılıq idman növü bu gün də aktuallığını itirmir.

Atı insanın ən yaxın dostu hesab edən qəhrəmanımız Turab Musayev nə az, nə çox, düz 18 ildir ki, hər səhər saat 05:00-da oyanıb işinə sevə-sevə başlayır.

Turab deyir ki, hər adam ata qulluq edə bilməz, çünki atlar digər heyvanlarla müqayisədə daha çox hissiyyatlıdır.

Oxu.az-ın çəkiliş apardığı Binə Atçılıq Mərkəzində yerli Qarabağ atlarına, holland cinsinə, qırğız, Argentina, ərəb atlarına və şotland ponilərinə rast gəlmək olar. 10 yaşı olan Kim adlı at isə 2014-cü ildə dünya gözəli seçilib.

Qeyd edək ki, at sürmək üçün minimum qiymət 10 manatdan başlayır.

Share: