“2018-ci ildə mənə dedi torpaqları verməyin vaxtıdır…”

“2018-ci ildə mənə dedi torpaqları verməyin vaxtıdır…”

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında çıxışı zamanı deyib ki, keçmiş prezident Levon Ter-Petrosyan 2018-ci ildə ona Qarabağı geri verməyi təklif etmişdi.

“Mən sirrin üstünü açıram, birinci prezident Levon Ter-Petrosyan 2018-ci ilin iyulunda bizim görüşümüz zamanı mənə nə demişdi. Sitat gətirirəm: “Torpaqları artıq geri vermək lazımdır”. Nəyin əvəzində? Niyə? Necə? Birinci prezidentin ən azından həmin gün formalaşmış təsəvvürləri bütün bu çərçivələr xaricinə, bütün digər qiymətləndirmə məsələlərinin xaricinə çıxmırdı”,-Paşinyan deyib.

Ter-Petrosyan daha əvvəl demişdi ki, Paşinyan dövlət maraqları naminə istefa verməlidir və toxunulmazlıq təminatı alaraq xaricə getməlidir, istənilən yolla hakimiyyətdə qalmaq cəhdlərindən əl çəkməlidir.

Müstəqil.Az 

Share: