2020-dən 2021-ə keçərkən… – Zaur Bayramoğlu

2020-dən 2021-ə keçərkən… – Zaur Bayramoğlu

 

 

2020 bitdi…

Bitməsinə sevinəkmi, üzüləkmi?

Hər yeni il kimi böyük ümidlərlə, arzularla addım atdığımız  2020, onu ümidlə qarşıladığımıza peşiman etdi bizi. Ömrümüzə gələr-gəlməz taclı bəlasıyla qasıb-qovurdu dünyanı. Bir yandan əzizlərimizi, dostlarımızı, həkimlərimizi itirərkən,  o biri yandan da yoxluq, yoxsulluq, səfalət baş alıb getdi.

Yayın cızdamasında ciyərləri buz tutan milyonlar, oksigen bolluğunda havasızlıqdan boğulan insanlar…

Və hər kəs bir an öncə bitməsi üçün dua etdi bu ilin. Hələ sancılı vəziyyət davam edir, nə zaman bitəcəyi də bilinmir…

Karantin, sms-lə icazə, maskalı gəzintilər deyərkən bir baxdıq ilin son dörddə birindəyik…

Və bir sentyabr günü, iyirmi altısından iyirmi yeddisinə keçən gecə başlandı dirilişimiz. Səbəb düşmənin təxribatı olsa da, dirilişimiz oldu o tarixi gün. İllərdir gözlədiyimiz, xəyalını qurduğumuz o gün

Tarix bəzən bir insanın taleyi ilə dəyişir. Məsələn, Birinci Dünya savaşı Avstriya prinsinin ölümü ilə başladı. Bizim tariximizin də təkəri Milli Qəhrəmanımız Polad Həşəmovun şəhadəti ilə hərəkətə gəldi. Necə deyərlər, ölümü ilə inqilab etdi, ölümü ilə yaşadı və cəmiyyətimizi dəyişdirdi. Şəhid olduğu gün meydanlara tökülən insanlar, ertəsi gün erkəndən hərbi komissarlıqlara axışdı… Hamının bir şüarı vardı “Ya Qarabağ, Ya Ölüm!”

Artıq cavabsız qalmayacaqdı düşmən, taxta başı dəmir yumruqla əziləcəkdi…

Beşinci nəsil müharibənin ilk örnəyində indiyə qədərki bütün savaş tak­tikalarını, strategiyalarını alt-üst etdi qəhrəman əsgərlərimiz…

Elə bir savaş ki, rus silahı haqqındakı əsatirləri adi “Kukuruznik”lərlə yerə vurdu və daha müharibə bitmədən ərəblər S400-lərdən imtina etdi…

Ermənilərin milyard yarım dollar xərcləyərək tikdikləri altı metr beton tavanlı bunkerlər, sığınaqlarla möhkəmləndirilmiş dördqatlı Ohanyan xəttini əkin sahəsi kimi şumlayaraq keçdi əsgərlərimiz…

Bu misilsiz savaşda Yaşma aslanları alpinistlərin dırmanmağa ürək etmədikləri qayaları dizədək qarın içində qalxdılar, şəhid yoldaşlarını, yaralı qardaşlarını çiyinlərində daşıyaraq…

Qarabağımızın incisini yağılardan tapança və bıçaqlarla təmizlədilər…

Və 2.500 illik 300 qəhrəman spartalı əfsanəsini Şuşanın torpağına gömərək qayalarına yaşmalı 400 qəhrəman əfsanəsini yazdı Hikmətin cəngavərləri…

Fuadın, Zaurun, Ələkbərin, Tehranın öndərliyində…

Bir də “Bayraqdar”ımız vardı…

Türkün şanlı bayrağını göylərə çəkən bayraqdarımız…

Düşmənə göz açdırmayan, erməni şeytanını torpağımızda bulub dünyanı başlarına dar edən bayraqdarımız…

Zərbəmiz də vardı, alovumuz da, donuzları it kimi qovan “itiqovan”ımız da…

Və onlar hər dəfə düşmənə doğru süzdüyündə “Qadasın aldığım getdi”, – deyə daha ürəklə düşmənin üzərinə şığıdı igidlərimiz də…

Və 44-cü günündə bitdi nəhayət…

Rədd oldu cəhənnəmin dibinə təlxək!

350 tank, 12 təyyarə, altı S300 komplekti, minlərlə leş, ən azı on min şikəst və on min fərarini də yanınca götürdü əlbət…

…Bu onlara dərs olacaqmı, bilmirəm, amma olmasa keşkə…

Yeni savaşla düşmən tapdağı altındakı Qərbi Azərbaycanımızı da azad etsək…

Və anasıyla qovuşsa kiçik torpaq…

Bu diləklə bitdi 2020 nəhayət.

Bütöv Azərbaycan ümidiylə 2021-ə adlayırıq. Xeyirlə gəlsin ömrümüzə!

 

Zaur Bayramoğlu

 

Müstəqil.Az

Share: