2023-cü ili 200 milyon manat xalis mənfəətlə bitirməyi planlaşdırırıq.
“-Economics” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.
O bildirib ki, bank mənfəətinin 100 milyon manatlıq hissəsini müştəriləri ilə bölüşüb.
Bu ilin 11 ayında bankın kreditlərin həcmi 4,1 mlrd. manata, cari hesab və depozit portfeli 6,6 mlrd. manata çatıb.