2023-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü

2023-cü ilin yayı tarixə ən isti mövsüm kimi düşdü

Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti dünya tarixinin ən isti 3 ayının yaşadığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin iyun, iyul və avqust aylarında orta qlobal temperatur 16,77 dərəcə selsi olaraq qeydə alınıb.

Əvvəlki rekord isə 16,48 dərəcə selsi ilə 2019-cu ildə olub.

Bildirilib ki, qlobal dəniz səthinin temperaturu ardıcıl üçüncü ildir ki, görünməmiş səviyyəyə çatıb. 


Share: