ABŞ-ın Orlando vilayətində yaşayan Kianni Arroyo adlı gənc qadın 40 bacı-qardaşının olduğunu öyrənib.
Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, sperma donoru vasitəsilə dünyaya gələn 21 yaşlı Kianni “donor ata”nın daha 40 uşağı olduğunu öyrənib və onların hamısını internet vasitəsilə axtarışa verib.
O, eyni atadan, ancaq fərqli analardan doğulan bacı-qardaşlarını ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada tapıb. Hazırda ofisiant kimi işləyən Kianni uşaqların ən böyüyüdür. Uşaqların ən kiçiyi isə hələ 5 aylıqdır.
İlk olaraq 20 yaşlı bacısı Coannanı tapan Kianni onunla yaxşı münasibət qurduqlarını və dost olduqlarını bildirib. Tapdığı 40 bacı-qardaşdan 30-u onunla görüşmək istədiyini deyib, ancaq 10-u buna razı olmayıb. Kianni bacı-qardaşları ilə yanaşı, atasını da tapmağı bacarıb və onunla zaman keçirməyin xoş olduğunu deyib.
Zümrüd