Gecəyarısı bir məhəllədə 2 MÜƏMMALI HADİSƏ: 22 yaşlı gənc özünü binadan atdı və…

Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində gecəyarısı 2 müəmmalı hadisə baş verib.

Gecə saat 4 radələrində 22 yaşlı Zaur adlı gənc özünü yaşadığıbinanın 5-ci mərtəbəsindən yerə atıb. Hadisə 9/25 binasında baş verib.

Qonşuların verdiyi məlumata görə, Zaur təmkinli, sakit təbiətli insan olub. Onun intiharı hər kəsi şoka salıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər bir hadisə isə həmin bölgənin yaxınlığında yerləşən 3A/7 binasının qarşısında qeydə alınıb.

“99 ED 442” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil bir anda alışıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları hadisə yerinə cəlb olunub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Avtomobilin sahibi yanğının hansı səbəbdən baş verdiyindən xəbərsizdir./publika.az

Share: