25 yaşlı gənc mobil telefonda oyun oynayarkən yatdı və öldü – VİDEO

Taylandın Çonburi şəhərində mobil telefonu enerji blokuna qoşulmuş oğlan oyun oynayarkən yuxuya gedib və ölüb.

Bu barədə “Daily Mail” məlumat yayıb.

25 yaşlı Sastra Moin sentyabrın 28-də yatmazdan əvvəl mobil telefonda onlayn oyun oynayıb. Telefon enerji blokuna qoşulu olub.

Səhər oğlanın 57 yaşlı xalası evi təmizləyərkən gəncin hərəkətsiz bədənini tapıb. O iddia edir ki, Moin bənövşəyi rəng alıb və sol əlinin yanında isə kabel olub. Qadın dərhal evdəki bütün elektrik şəbəkəsini söndürüb və polis çağırıb.

O, polisə gəncin çox vaxt telefon və bu kimi qurğularla oyun oynayaraq yuxuya getdiyini bildirib.

Polis meyiti araşdırıb və üzərində zorakılıq əlamətlərinin olmadığı qənaətinə gəlib. Ölüm səbəbi kimi elektrik vurması göstərilib.

Müstəqil.Az

 

Share: