Afrikada yerləşən Mali ölkəsinin sakini 25 yaşlı Halima Sisse bir doğuşda 9 körpə – 5 qız və 4 oğlan uşağı dünyaya gətirib.
Müstəqil.az xəbər verir ki, bu barədə France-Presse agentliyi məlumat yayıb.
Malinin Səhiyyə Nazirliyi ana və körpələrin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Məlumata görə, ana və körpələrin vəziyyətini ölkə prezidenti Ba Ndau nəzarətə götürüb.