“Xəzər rayonu 26 nömrəli tam orta məktəb direktor Yaqut Məmmədovanın öz qanunları ilə idarə olunur.
Şagirdlərin ümumimilli lider Heydər Əliyevin portretinə etdikləri hörmətsizliyin sosial şəbəklərdə həqarətlə qarşılanmasına baxmayaraq direktor Yaqut Məmmədova nəinki nəticə çıxartdı, əksinə, qanunsuz əməllərini daha da davam etdi. Fevralın 4-də doğum gününü qeyd edən direktor xanım pedaqoji heyətin qarşısında müəyyən məbləğin gətirməsini şərt kimi qoymuşdur.
Bunlar azmış kimi, korona virusa yoluxanların sayını da əlaqədər təşkilatlardan gizlətməklə məşğuldur”. Bu məlumatı redaksiyamıza adının çəkilməsini münasib bilməyən məktəbin əməkdaşlarından biri vermişdir. Həqiqətən belədirsə, Yaqut Məmmədovaya dövlətin məktəbin şəxsi qanunları ilə idarə etməyə kim şərait yaradır?
P. S. Qarşı tərəfin fikrini dərc etməyə hazırıq
Müstəqil.Az