Müstəqil.Az Moderator.az-a və Yaponiyanın Times qəzetinə istinadən xəbər verir ki, Tokioda vaxtından əvvəl doğulmuş körpə oğlanın həyatı tükdən asılı olub, çünki doğulanda o, yalnız 268 qr. ağırlığında idi. Beş ay ərzində həkimlər yeni doğulanın həyatı üçün mübarizə apardılar və uşaq 3,2 kiloqrama çatandan sonra xəstəxanadan rahatlıqla çıxarılıb.
Uşaq təcili kesarev əməliyyatı ilə dünyaya gəlib və çəkisi normadan on dəfə az olan uşaq böyük adamın ovcuna sığışa bilirmiş.
Uşağın valideynləri o qədər xoşbəxt görünürdülər ki, sevincdən göz yaşlarını tuta bilməyiblər.