28 il öncə Qarabağda azərbaycanlı dinc sakinləri qətlə yetirən Ovanis Ovannisyanın keşiş geyimində əli silahlı yeni fotosu üzə çıxıb.
Müstəqil.Az xəbər verir ki, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlu Ovannisyanın fotosunu sosial şəbəkə hesabında paylaşıb.
Onun hazırda Kəlbəcər rayonunda yerləşən Dadivank monastırının rahibi olduğu məlum olub.
“Sizin hər şeyiniz saxtadır – ölkəniz, tarixiniz, həbəşlərdən oğurladığınız əlifbanız. Ən pisi isə mənəviyyatınızın, məsumiyyətinizin saxta olmasıdır. Din insanları belə Ermənistanda saxtadır”, – Nəbioğlu paylaşımında bildirib.
Müstəqil.Az