28 may günü Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə silsilə şəkildə qeyd olunur

28 may günü Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan  müəssisələrdə silsilə şəkildə qeyd olunur

28 may Müstəqillik Günü Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə şəkildə qeyd olunur
Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbi Bərdə şəhər 3 nömrəli şəhər kulubu və Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci ilə birlikdə 28 may Müstəqillik Günü ilə əlaqədar “Nə şirin sözdü azadlıq” adlı tədbir keçirib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, Qarabağ müharibəsi qaziləri, mədəniyyət işçiləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan regional idarənin rəisi Vəsilə Möhsümova zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. O, çıxışında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının tarixi qələbəsindən, işğaldan azad olunmuş torpaqlarda görülən möhtəşəm tikinti-bərpa və quruculuq işlərindən də danışıb.

Sonra çıxış edənlər 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu, cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyətinin xalqımızın müsəlman Şərqində ilk demokratik respublika qurmaq əzmini nümayiş etdirdiyini vurğulayıblar.

Tədbir Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbinin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.

Müstəqil.az

Share: