Bakı metrosunda sərnişinin vəziyyəti pisləşib.
Müstəqil.Az xəbər verir ki, hadisə “28 May” stansiyasında baş verib.
Redaksiyamızın “qaynar xətti”nə göndərilən görüntülərdən aydın olduğu kimi sərnişini ətrafdakıların köməyi ilə skameykaya uzadıblar.
Hadisə şahidlərinin sözlərinə görə, vəziyyəti pisləşən gənc oğlanın panik atak xəstəliyi olub. Huşu gedən gəncə ilkin tibbi yardım göstəriləndən sonra stansiyadan çıxarılıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
(BAKU.WS)
VİDEO