Amerikanın Pensilvaniya ştatının sakini Meri Xoromanski bir aylıq elektrik enerjisi üçün ona yazılan borcu sosial şəbəkələrdə paylaşaraq “Penelec” şirkətini biabır edib.
Müstəqil.Az Publika.az – a istinadən xəbər verir ki, Merinin sözlərinə görə, ona yazılan 284 milyard dollara yaxın borcu 2018-ci ilin noyabr ayına qədər ödəməli olduğu bildirilib:
“Mən şokdayam. Rəqəmləri görəndə dəli oldum. Bu şirkət nə danışır? Bu qədər enerji sərfiyyatını mən necə edə bilərdim axı? Bu borcu 2018-ci ilin noyabr ayına qədər deyil, hətta bütün əmlakımı satsam, 100 il də çalışsam ödəyə bilmərəm. Xahiş edirəm buna aydınlıq gətirilsin”.
Şirkət vəziyyətə aydınlıq gətirmək üçün Meri Xoromanski ilə əlaqə saxlayaraq rəqəmlərdə qarışıqlıq olduğunu və onun borcunun 284 dollar olduğunu bildirib. Yaranan narahatçılığa görə, şirkət vətəndaşdan üzr istəyərək ona Yeni il qabağı Milad yolkası və rəngli monitor hədiyyə edib.