3 reper mahnılarına görə tutuldu

3 reper mahnılarına görə tutuldu

İstanbulda keçirilən əməliyyatda “Heijan” kimi tanınan D.T., S.İ. və CAC olaraq adlandırılan Ş.T. repçilər saxlanılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Muti” kimi tanınan digər reper M.N.D-nin də haqqında həbs qərarı verilib. Onların mahnılarında, eləcə də duetlərinin kliplərində işlətdikləri sözlərə və istifadə etdikləri silahlara görə saxlanıldıqları qeyd edilib.

Məlumata görə, Türkiyədə “Heijan” kimi tanınan reper D.T., CAC olaraq adlandırılan Ş.T. və “Muti” kimi tanınan reper M.N.D. barəsində həbs qətimkan tədbiri seçilib.

S.T. bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qruplarının təşkil etdiyi əməliyyatda saxlanılıb. Bildirilir ki, “Muti” təxəllüsü ilə tanınan reperi qeyd olunan ünvanda tapmaq mümkün olmayıb.

İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları tərəfindən aparılan araşdırmalarda bu şəxslərin sosial media və musiqi sektorunda bəzi qazanc məqsədli cinayət şəbəkələri üçün təşkilat adına rep mahnıları hazırladığı və bu mahnıların tez-tez paylaşıldığı ortaya çıxıb.

Share: