Düşmən təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-həmlə əməliyyatından bir ay keçir. Sentyabrın 27-dən keçən bu müddət ərzində Şanlı Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 4 rayonu, bir neçə qəsəbəni, 150-yə yaxın kəndi, eləcə də bir çox mühüm strateji yüksəklikləri düşməndən azad edib.
Düşmən tərəf güclü zərbə alıb, çoxlu sayda canlı itki verib, saysız-
hesabsız hərbi texnika və silah-sursat itirib. Eləcə də istər Ermənistanın silahlı qüvvələri, istərsə də
bütövlükdə erməni xalqı mənəvi-psixoloji cəhətdən sarsılıb.
Azərbaycan isə bu 30 gün ərzində düşmənin 30 il ərzində qurduğu istehkamları da, təmas xəttini də,
status-kvonu da darmadağın edib. Hazırda cəbhənin bütün istiqamətlərində vəziyyətə nəzarət
baxımından üstünlük Azərbaycanın tərəfindədir. Eyni zamanda işğalda qalan digər ərazilərimizin də azad
edilməsi üçün Ordumuz tərəfindən lazımi zəruri tədbirlər görülür.
İndi Ordumuzla bərabər diplomatiyamız da fəal iş aparır. Eləcə də cəmiyyətimizdə də güclü mənəvi ruh
yüksəkliyi və həmrəylik hissi hökm sürür. Bir sözlə, xalqımız bu günlərdə sözün əsl mənasında möhtəşəm
birlik və vəhdət nümayiş etdirdi.
Mən bu qısa zaman kəsiyində əldə olunan uğurlara, zəfərlərə görə bir daha Ali Baş Komandanımızı və
bütün hərbçilərimizi təbrik edirəm!
İnşAllah qarşıda bizi böyük Qələbə gözləyir. Allah Azərbaycan Ordusuna Yar olsun! Bayrağımız tezliklə
Şuşada, Xankəndində dalğalansın!
Qarabağ Azərbaycandır!
Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının (MHP) sədri