30 illik sual və ya “Ağdamlının aldığı at” niyə aktualdır? – Aydın CAN yazdı

30 illik sual və ya “Ağdamlının aldığı at” niyə aktualdır? – Aydın CAN yazdı

Azərbaycanda bir də görürsən ki, dəyər verdiyin adam (dost da, deputat da, məmur da, diplomat da, hakim də, həkim də, hoca da, şair-şairə, nasir-nasirə də… ola bilir) “qəfli-xəta” kimi, özünü “ağdamlının aldığı at” sayağı aparır…

Adam peşiman olur e haçansa kiminsə haqqında dediyi xoş sözə görə, həmən arxivdən axtarıb tapır, qoyur ortaya, qəhbə qaxıncına döndərir, deyə də bilmirsən ki, a bala, mən o xoş sözü deyəndə hələ o adamın “ağdamlının aldığı at” ola biləcəyini düşünmək belə günah olardı.
Adamlarda o at xasiyyəti, geni necə ola bilər axı, onlar özlərini niyə elə aparırlar ki?
Bir yandan deyirik “sağlığında qiymət verin insanlara”, bir yandan da qiymət verdiyimiz insanlar özünü “ağdamlının aldığı at” kimi aparır, məcbur edirlər ki hər kəsə yalnız öləndən sonra qiymət verək!!!
Bu nə loodu düşmüşük, – deyərdi Cemil Memmedli .
p.s. əslində, mən bilirəm e, Məmməd hələ 40 il qabaq mənə deyirdi ki, Aydin bala, adamın bütün bədən üzvləri xəstələnir, bir üzündən başqa, niyə? “Ütanmayan üz xəstədir!” – cavab budur: Məmmədin də, mənim də sualıma.
Azərbaycan efirində övladı ilə fəxr etdiyini söyləmək haqqı şəhid-qazi valideynlərindədir. Amma efirdə onlar yox, bir kanalda oğlunun əvəzinə üzr istəyən ata o biri kanalda elə həmin oğluyla fəxr etdiyini deyir – bu kanalda o atanı söyənlər o kanalda öyürlər. Təkcə Röyanın, Faiq Ağayevin ataları onlardan razı olduqlarını deyiblər, amma onların da heç biri əvvəl üzr istəməyiblər hansısa kanalda! Fəqət Azərbaycan xalqı o ata-oğulu həm söyür, həm də fəxr edir.
Xalqın üzü xəstədir, – demək olar (demirəm e, soruşuram)? Ya bizi efirə çıxardıb üzr istədəcəklər… deyəndən sonra? Bəri başdan deyirəm ki, bu statusu utana-utana yazmışam
Share: