Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 30 və 49 nömrəli marşrut xəttinin fəaliyyəti araşdırılıb. Günün pik saatlarında şəhərin müxtəlif ərazilərində, o cümlədən marşrutların hərəkət sxemi üzrə Yusif Səfərov küçəsi, Xocalı və Qara Qarayev prospektlərində yaranan sıxlıq nəqliyyat vasitələrinin nizamlı fəaliyyətinə maneə yaradaraq hərəkət intervalının artmasına səbəb olur.
Bu barədə AYNA-dan “-Economics”in sorğusuna cavab olaraq bildirilib.
Agentlikdən verilən məlumatda bildirilib ki, 30 və 49 nömrəli marşrut avtobusları günün pik saatlarında Babək prospektində yaranmış sıxlıqla əlaqədar 15-20 dəqiqə, Xocalı prospektində isə 12-15 dəqiqə gecikmə ilə hərəkət edir: “Bu amil marşrutlar üzrə dayanacaqlarda sərnişin sıxlığına səbəb olur”.
“Mütəmadi olaraq marşrut xətləri üzrə sərnişin tələbatı nəzarətdə saxlanılır daşıyıcı şirkətlərə avtobus saylarının sərnişin axınına uyğun nizamlanması tapşırılır”, – deyə AYNA-dan bildirilib.