30 yaşlı ana üçəm dünyaya gətirdi

30 yaşlı ana üçəm dünyaya gətirdi

Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib.

“Qafqazinfo” xəbər verir ki, şəhər xəstəxanasının doğum şöbəsində dünyaya göz açan körpələrdən 2-si oğlan 1-i qızdır. 

Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindən doğulanlardır. Uşaqlara Həsən, Hüseyn və Zeynəb adları verilib.

Ana və körpələrinin vəziyyətləri normaldır. Məlumata görə, son 10 ildə Mingəçevir Xəstəxanasının doğum şöbəsində ilk dəfə olaraq üçəm doğulub.


Share: