300 kq fındıq oğurlayan 3 dost

300 kq fındıq oğurlayan 3 dost

Oğuz rayonunun Sincan kəndində yerləşən 3 evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 300 kiloqrama yaxın fındıq oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalar zamanı oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib. Hadisələri törətməkdə şübhəli bilinən üç dost- Elnur Usubov, Murad və Dilavər Mikayılovlar saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində əməllərini gecə saatlarında həyata keçirdiklərini və oğurladıqları fındıqları Qəbələ rayonuna apararaq orada satdıqların, əldə etdikləri qazancı isə öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Share: