31 mart soyqırımı Azərbaycan xalqının unudulmaz yaddaşıdır

31 mart soyqırımı Azərbaycan xalqının unudulmaz yaddaşıdır

31 mart soyqırımı Azərbaycan xalqının unudulmaz yaddaşıdır

31 mart soyqırımı Azərbaycan xalqının unudulmaz yaddaşıdır.

Bunu -ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov deyib ki, tarixin bütün dövrlərində soyqırımı sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunub: “Erməni şovinizmi tarix boyu mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdmüş, bu məqsədlə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişdir. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin xüsusi amansızlıqla həyata keçirdiyi kütləvi qırğınlardır. 1918-ci ilin mart-aprel aylarında Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda, eləcə də Qarabağ, Naxçıvan, Quba, Xaçmaz, Şamaxı, Salyan, Lənkəran, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı yaşadıqları ərazilərdən didərgin salmışlar. Ermənilərin azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycanın şəhər və kəndlərinin dağıdılması, onların tarixi adlarının dəyişdirilməsi siyasəti XX əsr boyu davam edib. Yaxın keçmişə dair tarixi faktlar onu deməyə əsas verir ki, vəhşicəsinə törədilən soyqırımları zamanı soyqırımı Azərbaycanda yaşayan bütün etnoslara qarşı törədilmiş; minlərlə rus, avar, ləzgi, yəhudi və talış milliyyətinə mənsub insanlar – qılıncdan keçirilərək öldürülüb, diri-diri yandırılıb. Qeyd olunanlarla yanaşı yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib”.

Parlamentin komitə sədri qeyd edib ki, beynəlxalq hüquqa görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür: “Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, hansı əməllərin törədilməsinin soyqırımı olduğunu da müəyyənləşdirir. Belə ki, BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına müvafiq olaraq soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən və qeyd olunan hərəkətlərdən birinin edilməsi ilə xarakterizə olunan cinayətdir: qrup üzvlərinin öldürülməsi; qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi. Habelə adıçəkilən Konvensiyanın preambulasında soyqırımının beynəlxalq hüquq normalarını pozan və Birləşmiş Millətlər Təşkilatının məqsəd və ruhuna zidd olan cinayət olduğu və tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyi vurğulanıb. Tarixi faktlar onu deməyə əsas verir ki, erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilən bütün soyqırımlarında yuxarıda soyqırımı cinayətini xarakterizə edən bütün hərəkətlər birlikdə edilib”.

Ziyafət Əsgərov nəzərə çatdırıb ki, beynəlxalq hüquqi müstəvidə soyqırımı cinayətinin, onun əlamətlərinin, bu cinayətin törədilməsinə görə məsuliyyətin və cinayətkarların mühakimə olunması prosedurları ilə bağlı normaların açıq şəkildə müəyyənləşdirilməsinə baxmayaraq, XX əsrdə müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törədilən soyqırımlarına dünya birliyi tərəfindən ədalətli qiymət verilməyib: “Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib. Fərmanda qeyd edilir ki, “1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Ulu Öndərin tarixi Fərmanından sonra ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin öyrənilməsi istiqamətində mühüm işlər görülməyə başlanıb, tarixi tədqiqatlar, araşdırılmalar aparılıb, çoxlu əsərlər yazılıb və xarici dillərə tərcümə olunub. Hazırda tarixi həqiqətlərin, habelə 31 mart soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması yönündə sistemli iş aparılır. 2007-ci ildə aşkarlanmış və 31 mart soyqırımının faktiki sübutuna çevrilən Quba kütləvi məzarlığında 2013-cü ilin sentyabrında Quba Soyqırımı Memorial Kompleksinin açılışının olması bu baxımdan böyük əhəmiyyətə malikdir. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhaliyə qarşı ermənilərin törətdikləri soyqırımı faktlarla öz əksini tapıb. Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, soyqırımı nəticəsində öldürülən insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər: “Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir”. Prezident İlham Əliyev, həmçinin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamış və bu qanlı tarixin 100 illiyi xüsusi diqqət yetirilərək qeyd edilmişdir. Hər il həm 1918-ci il soyqırımının, həm də Xocalı Faciəsinin ildönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir, xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara soyqırımı ilə bağlı onlarla müraciətlər edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə yekunlaşması və torpaqlarımızın işğaldan azad olunması; bu minvalla işğaldan azad olunmuş torpaqlara xarici ölkələrin dövlət və hökumət nümayəndələrinin, müxtəlif beynəxalq təşkilatların nümayəndələrinin mütəmadi təşkil olunan səfərləri; onların erməni millətçiləri tərəfindən törədilən vəhşiliklərin real izləyicisinə çevrilməsi – ermənilər tərəfindən törədilən cinayətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında yeni imkanlar ortaya qoyaraq, dövlətimizin erməni vəhşiliyinə beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməsinə nail olunması istiqamətindəki işlərinə çox böyük töhfə verir”.

Share: