37,3 hərarətin sirri – Normal bədən temperaturu neçə olmalıdır?

37,3 hərarətin sirri – Normal bədən temperaturu neçə olmalıdır?
Bədən temperaturu yaşdan, cinsdən və orqanizmin vəziyyətindən asılı olaraq dəyişə bilir və bir qədər fərqlidr. Məsələn, 60 yaşdan yuxarı insanlarda 37 dərəcə artıq ciddi siqnal olsa da, azyaşlı uşaqlarda hətta 37,5 belə normaldır.
“Müstəqil.az”xəbər verir ki, hərarət həm də termometrdən və bədənin hansı hissəsində ölçülməsindən asılı olaraq dəyişə bilər.
Belə ki, köhnə sovet şüşə “qradusnik” deyilən termometrlər daha dəqiq civə sütunu ilə göstərir. Elektron və marketlərdə istifadə edilən bədənə toxunmayan elektron termometrlər isə bir qədər aşağı göstərir.
Eləcə də ağızda hərarət qolaltından daha yüksək olur. Amma ən maksimal hərarəti bilmək üçün civəli termometlər ağızdan ölçmə lazımdır. Bunun üçün termometri dodaqların arasında 3 dəqiqə saxlamaq lazımdır.
Bədən hərarətinin uşaq və böyüklərdə norması:
3-10 yaş arası uşaqlarda – 35,8- 36,7
11- 65 yaş arası – 35,1- 36,9
65 yaş yuxarı – 35,5- 36,3
Hərarətin vaxtı:
Adətən normal insanda ən aşağı hərarət səhər tezdən, saat 9-a kimi olur.
Ən yüksək isə gecə, axşam 11-dən sonra ola bilər. Bu zaman ən yüksək hədd 37-37,2 hesab edilir.
Qadınlarda menstrual tsikl və hamiləlik zamanı da temperatur aşağı və ya yuxarı ola bilər
Zob, qalxanvari vəz xəstəlikləri olanlarda bədən soyuq olur, onkoloji xəstələrdə isə əksinə yülsək olur
Qızdırma:
Zəif, yüngül qızdırma -37,5 – 38,5 arası
Həddində yüksək – 39 dərəcəyə kimi
Çox yüksək 41-dərəcəyə
Koronavirus yoluxması zamanı daim temperaturu normal olan insanın gün ərzində hərarəti 37,5 – ə kimi qalxa bilər
Bu hərarət istənilən virus yoluxmalarında ola bilir.
Hazırda pandemiya şəraitində yaşadığımızdan səhər tezdən və günorta hərarət 37,5 -ə çatdıqda və bu hərarət 2-3 gün davam etdikdə, mütləq koronavirus nəzərə alınmalıdır.
Bəzən bu hərarət normal vəziyyətdə də yarana bilər. Yenə də orqanizmin digər əlamətlərinə fikir verilməlidir.
38-ə qədər olan hərarət dərmanla aşağı salınmır.
Koronavirusdan sağaldıqdan sonra da bədən hərarətinin uzun müddət, hətta 3-6 ay 37,3-37,5 ə qədər dəyişməsi barədə çoxlu faktlar var. Bu hərarət virus sonrası bədənin virus qalıqları ilə mübarizəsi ilə və ya xəstənin orqanizminin termotənzimləyici sisteminin zədələnməsi ilə bağlı ola bilər.
Buna görə narahat olmağa dəyməz.(Medicina.az)
Share: