Türkiyənin məşhur aktrisası Merve Boluğurla dicey Mert Aydın boşansalar da, onlar görüşməyə davam edirlər.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dicey bu mövzu ilə bağlı danışarkən keçmiş həyat yoldaşı ilə yenidən barışa biləcəklərini deyib:
“Mənim üçün Merve çox dəyərlidir. Onunla dostuq. Dost olduğumuz üçün görüşürük. Bəlkə də yenidən münasibət qura bildik. Bizim münasibətimiz reklam deyildi. Kişi olaraq bitən evliliyin arxasınca danışmaq mənə yaraşmaz”.