40 ilə “Cinayət və Cəza” operasını yazan bəstəkar koronavirusdan öldü

Rusiyanın Xalq artisti, bəstəkar Eduard Artemyev vəfat edib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı bəstəkarın oğlu verib.

Onun koronavirusdan vəfat etdiyi bildirilir.

Qeyd edək ki, bəstəkar noyabrın 30-da 85 yaşını qeyd edib. Artemiyevin musiqisi “Sevgi qulu”, “Qohum”, “Qəriblər arasında dost, dostlar arasında qərib”, “Güzgü”, “Solaris”, “Günəşin yandırdığı”, “Stalker”, “Kuryer”, “Günəş vurması” filmlərindən tanınır. Ümumilikdə iki yüz filmə musiqi yazıb. O, “Cinayət və Cəza” operasını 40 ilə ərsəyə gətirib.


Share: