17 yaşlı müğənni Aleyna Tilki may ayından bəri verdiyi konsertlərdən 1 milyon lirə (təxminən 500 min manat) qazanıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 16 yaşında “Cevapsız çınlama” mahnısı ilə məşhurlaşan ifaçı 40 konsert verib. Konsertbaşına isə 25 min lirə (təxminən 12 min 500 manat) qonorar alıb.
Aleyna 5 ayda 1 milyon lirə pul əldə edib.