41 yaşlı İbrahimoviç: “Daha bir neçə il oynayacağam”

41 yaşlı İbrahimoviç: “Daha bir neçə il oynayacağam”

“Milan”ın 41 yaşlı hücumçusu Zlatan İbrahimoviç daha bir neçə il oynamaq istəyir.

İsveçli forvard bu barədə “rossoneri”nin “Atalanta”ya qarşı İtaliya A Seriyası matçının (2:0) ardınca bildirib. 280 gün sonra yaşıl meydanlara qayıdan oyunçu bunları deyib:

“Əgər indiki kimi hiss etsəm, növbəti mövsüm də “Milan”da qalacağam. Eyni zamanda daha bir neçə il futbol oynayacağam”.

İbrahimoviç “Atalanta” ilə oyunda meydana çıxmaqla 41 yaş, 25 günlüyündə oynayan Allessandro Kostakurtanı geridə qoyaraq “Milan” tarixinin A Seriyası matçında iştirak edən ən yaşlı fubolçusu olub (41 yaş, 146 gün).

Mənbə: “Italia 1” telekanalı

Share: