Türkiyə ordusu 21-24 sentyabr tarixlərində PKK terror təşkilatına qarşı uğurlu əməliyyatlar keçirib.
Müstəqil.Az “Haber7”yə istinadən xəbər verir ki, “Kıran-3” adı verilən əməliyyat çərçivəsində 16 terrorçu zərərsizləşdirilib.
Öldürülən terrorçular arasında adı “boz siyahı”da yer alan və uzun müddətdir axtarışda olan “Koçer” kod adlı Orxan İncə və “Canda Kıçi” kod adlı Kader Malqoz da var.
Ümumilikdə isə 17 avqustdan etibarən start verilən “Kıran-1”, “Kıran-2” və “Kıran-3” əməliyyatlarında ümumilikdə 43 terrorçu öldürülüb, 8-i sağ ələ keçirilib, bir neçə terrorçu isə özləri təslim olublar.
Bundan başqa, 58 mağara, sığınacaq və anbarlar məhv edilib. Çoxlu sayda silah-sursat, əl bombaları, narkotik maddələr və qış üçün hazırlanan müxtəlif ləvazimatlar ələ keçirilib.
Əməliyyatlarda ümumilikdə 2 mindən çox hərbiçi, polis və təhlükəsizlik xidməti əməkdaşları iştirak ediblər.BAKU.WS