Dünya politologiya sistemində sayılıb-seçilən azərbaycanlı siyasətçi, 48 Milli Təhlükəsizlik məsələlərini əhatə edən kitabların və çox saylı yazılarının müəllifi, professor Rövşən Novruzoğlunun 44 günlük 2-ci Qarabağ torpaqlarının azad olunması uğrunda gedən müharibənin, dünya tarixi üçün yeni olan strategiyanın əsaslarından bəhs edən “Ali Baş Komandanın yeni müharibə strategiyası” kitabı (rus dilində nəşr olunub) ABŞ-ın, NATO-ya üzv olan digər ölkələrin Strateji Araşdımalar Mərkəzlərinin, Kəşfiyyat orqanlarının diqqətini cəlb edib.
Xatırladaq ki, kitabın müəllifi Türkiyə, İsrail, ABŞ, Kanada, diplomatik korpuslarına dəvətli olub, Prezident İlham Əliyevin Yeni Müharibə Strategiya haqqında söhbətlərdə iştirak edib. Yeni nəşr olunan kitabın nüsxələrindən səfirliklərə hədiyyə edilib. Kitab rus dilində Respublikanın Hərbi Prokurorluğu tərəfindən ölkənin MN-nin mətbəəsində çap olunub. Onu da qeyd edək ki, kitabın müəllifi Qarabağ müharibələrinin iştirakçısı kimi ermənilər tərəfindən işğal olunmuş ərazilərimizi qarış-qarış gəzmiş, ictimaiyyətə hələ də məlum olmayan sənədlər əldə etmişdir.
Xatırladaq ki, professor, politoloq Rövşən Novruzoğlu üç cildlik “Leyla Əliyeva: Xocalıya ədalət. Erməni terroruna qarşı yeni strateji model” Kitabının və ölkənin vitse-prezidenti Mehriban xanım Əlyevanın ictimai-siyasi həyatda geniş missiyasını əhatə edən “Birinci xanımın missiyası” və “Əliyevlər ailəsi: Azərbaycan millətinin genetik xilaskarı kimi” kitablarının da müəllifi olaraq tanınır.
Ə. Cəfərov,
Akademik, ekoloq, “Dağlıq Qarabağ üzrə ekoloji araşdırmalar aparan qrupun həmsədri