Yafəs Türksəsin yeni – əsl sevgilisi…

Tanınmış şair Yafəs Türksəsin əsl sevgilisi, təşkilatçı-prodüsser Ramila Sultan imiş.

Bu haqda Müstəqil.Az-a şairin özü deyib.

Dediklərinin həqiqət olduğuna sübut etmək, özünün feysbuk səhifəsindəki divarında bu gün yayınladığı statusu və təşkilatçı xanımın fotosunu da  “kope-pose” edib göndərib: “Ölkədən çıxır bir həftəliyə! Aeroportdan zəng elədi, məni bagışladıgını dedi! Ürək lazımdı indi, o gələnə qədər dözsün!!!”

Adını bir-çox qadınların yanında görməkdən hızz alan şair Yafəs Türksəs, Müstəqil.Az-a onu da bildirib ki, Ramilə xanım ola bilsin ki, mənim sonuncu sevgilim olsun, bundan əvvəlkilər həyatımın ayrı-ayrı məqamlarında baş qatdığım varlıqlar idi və artıq ömür səhifəmdən yox olmadadılar.

Yafəs Türksəs Ramilə Sultana həsr etdiyi şeirin yayınlanmasını da istədi:

Xahiş edirəm Ramilənın adı olan, dünən paylaşdıgım şeiri qoy. O da məni sevir və bu xəbərin getməsinə etiraz etməz.

Ramilə Sultanla əlaqə saxlamaq istədik. Təəssüf ki xanım təşkilatçı ilə əlaqə yarada bilmədik.

Müstəqil.Az

 

Yafəs TÜRKSƏS

Hər şeyin gözəlini seçirsən

Ramilə xanıma ithaf edirəm

Hər şeyin ən gözəlini seçirsən
Çox zövqlüsən, çox tələbkar…
Özünə bir kofta alanacan 15 magaza dəyişirsən
7 kafe dəyişirsən bəyənib oturana qədər.
Gülsatan oglana yazıgım gəlir,
Sənə çələng baglayanacan.
Ofisiantı gic eləyirsən
yemək sifariş verənəcən.
Şəhərin ən gözəl məkanlarını seçirsən…
Mahnıların ən göcəli telefonunda…
Bəs mənim nəyimi seçirsən…
Görünür ürəklərin də ən gözəlini seçirsən!
Mələyim mənim!

 

Share: