49 yaşlı supermodel ana olmaq istəyir

49 yaşlı supermodel ana olmaq istəyir

Dörd uşaq anası olan 49 yaşlı supermodel Haydi Klum əri, 33 yaşlı rok musiqiçisi Tom Kaulitsdən beşinci övladını dünyaya gətirmək barədə ciddi düşündüyünü etiraf edib.

“Bəzən mən Tom’a uşaq bəxş etmək barədə ciddi düşünürəm. Amma istəmək və etmək iki fərqli şeydir. Xüsusilə 50 yaşına yaxın olanda. Saat irəliləyir, yaşlanıram və bu, əvvəlki kimi asan olmaya bilər”, – deyə H.Klum müsahibəsində bildirib.

Xatırladaq ki, H.Klum və T.Kaulits 2019-cu ilin avqustunda evləniblər. Bu evlilik rokçu üçün birinci, ondan 17 yaş böyük Klum üçün isə üçüncü olub.

Modelin əvvəlki evliliklərindən dörd övladı var: 18 yaşlı Leni, 17 yaşlı Henri, 16 yaşlı Yohan və 13 yaşlı Lou.

Mənbə: gazeta.ru

Share: