56 saat sonra xilas olunanda anası ona süd verirmiş — Video

56 saat sonra xilas olunanda anası ona süd verirmiş — Video

Türkiyədə fevralın 6-sı baş verən dəhşətli zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, dağıntılar altından çıxarılanlar arasında çox sayda azyaşlı və körpələr var. Onların bir çoxu hadisədən 50 saat keçəndən sonra xilas edilib.

Sözügedən uşaqlardan biri də Kahramanmaraşda 1 yaş 5 aylıq Masal adlı qızcığaz olub. O, 56 saat sonra dağıntılar altından çıxarılıb. Xilasedicilər Masal aşkar olunarkən hamilə anası ona süd verirmiş. Qadın bununla körpəsini xilas etməyə çalışıb. Hazırda ananın da xilas edilməsi üzrə işlər davam etdirilir və vəziyyəti yaxşıdır.

Kahmaranmaraşın Elbistan bölgəsində isə Məhəmməd Doğan Bostan adlı 2 aylıq körpə 48 saat sonra xilas edilib. Körpə tədbir məqsədilə xəstəxanaya yerləşdirilib.

Bununla yanaşı, dağıntılar altından 53 saat sonra 1 yaşlı uşaq xilas edilib.


Share: