Göyçayda 6-cı sinif şagirdi tüfənglə ehtiyatsız davrandığı üçün xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt sakini, 2011-ci il təvəllüdlü İsmayıl Fərzəlizadə qonaq getdiyi evdə tir tüfəngi ilə oynayarkən atəş açıb. Azyaşlı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Hazırda uşaq evdədir, vəziyyətinin normal olduğu bildirilir.
Amin Nəzərli