Bizim “jim” kimi tanıdığımız hərəkəti idmançıların hamısı etməyi bacarır. Amma hətta onların da sayı 100-ü keçdiyini çox görmürük.
İnquşetiyada yaşayan 6 yaşlı uşaq 11 min dəfə “jim” edə bilir. İbrahim Lyanovun atası oğlunun bunu 2 saat 38 dəqiqəyə bacardığını söyləyir: “Saymaqdan yorulmuşdum”.
Ata Lyanov deyir ki, uşaq bu müddətdə heç fasilə verməyib, dincəlməyib. O, hər gün bu hərəkəti yerinə yetirir. Üzərinə 7 kiloqramlıq yük götürərək, 500-600 dəfə sinəsini yerə vurur.
Onu xüsusi komissiya da sınaqdan keçirib. “Çingiz” idman klubunun direktoru Cəbrayıl Baraxoyev 1555-dən sonra uşağı dayandırıb: “Başa düşdüm ki, çox uzağa gedə biləcək”.
Rekord Rahim Kuriyevə məxsusdur. Çeçen uşaq keçən payız 3202-ə çatmışdı. İbrahim ən azı Rusiyanın rekordlar kitabına adını yazdırmaq istəyir./Bizimyol.info
© xezerxeber.az