61 yaşlı qadın sirkə turşusundan öldü

61 yaşlı qadın sirkə turşusundan öldü

Sabirabadda 61 yaşlı qadın sirkə turşusundan ölüb.

“Qafqazinfo”nun məlumatına görə, rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədova Minəş Tarverdi qızı sirkə turşusu zəhərlənməsi ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Qadına ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Share: