Bu gün Goranboy rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Nizami kəndində fərdi yaşayış evində qısaqapanmadan yanğın başlayıb.
Hadisə nəticəsində ev sahibi olan 1959-cu il təvəllüdlü Maya Yusifova vəfat edib. Onun evi tərk etmək istəyərkən tüstüdən boğularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.