Müstəqil.Az saytı və Dənizçilərə Sosial Dəstək İctimai Birliyi söz verdiyi kimi dənizçilərimizin yaradıcılığına, onların gizli dünyalarına güzar edir və istedadlarının məhsulunu yayınlayır.
Bu dəfə ADXG QSC XDND “Şamaxı” gəmisinin böyük mexanniki Fərhad Allahverənovun yaradıcılığından bir yarpaq təqdim edirik
Ya Rəbbim deyib qədəm qoyanda,
Fırlandı dövranın tərsinə dünya.
Tərəzin durmursa dəqiq yolunda,
kim düzəldə bilər tərsi, nə dünya.?
(epiloq)
Zaman öz atını sürətlə çapır,
Sanki dağılacaq tələsir, qaçır.
Zülmət quyusu da yolların açır,
Deyir biraz tez ol, dağıl a dünya.
Acısı bəllidir, şirini nədi
Dayazı necədir, dərini nədi
Ha içdim ürəyim sərinləmədi
yox ol, zərrə-zərrə, yıxıl, a dünya
Zalım dünya bac vermədin hər ada,
Qərib bilib, zülm elədin Fərhada.
Artıq alovlanıb, düşübdür oda
olmusan bir sirli nağıl, a dünya.
FƏRHAD DƏNİZ
24.07.2020.