65 nəfər istidən öldü

Pakistanın Kəraçi şəhərində davam edən anomal istilər 65 nəfərin həyatına son qoyub.

Müstəqil.Az xəbər verir ki, ölüm hallarının son 3 gün ərzində baş verdiyi bildirilib.

Məlumata görə, ölüm hallarının sürətlə artması insanların vaxtında həkimə müraciət etməməsindən, şəhərin enerji ilə tam təminatında yaranan problemdən və ramazanla bağlı, insanların su və qidadan gün ərzində istifadə etməməsindən qaynaqlanıb.

Sinoptiklər şiddətli istilərin daha bir neçə gün davam edəcəyini vurğulayır.
Müstəqil.Az

Share: