65 yaşdan yuxarı şəxslərlə bağlı mayın 11-dən sonra qərar veriləcək

“65 yaşdan yuxarı şəxslərin evdən çıxması ilə bağlı mayın 11-dən sonra qərar verilə bilər”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O xatırladıb ki, hazırda Bakıda restoranların fəaliyyəti qadağandır, SMS icazə sistemi, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa qüvvədədir.

Share: