Məşhur isveçli yazıçı Asa Lindin “Dinozavr yumurtası” kitabı Avropa və Çin də daxil bir çox ölkələrdə böyük maraqla qarşılanıb.

 

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, kitab 3 yaşlı türk vətəndaşı Önal Erendizin 6 il bundan öncə imza günündə Asa Lində açdığı kiçik “sirr”dən bəhs edir.

 

Asa Lind həmin günü belə xatırlayır: “Üç yaşlı Erendiz Önal mənə yaxınlaşaraq, bir sirrim var, dinləmək istəyirsiniz? – dedi. Sonra ətrafa baxdı, daha sonra pıçıltı ilə “sirr”ini mənə açdı. Mən də onu qələmə aldım. Bir yazıçı üçün ən qiymətli hədiyyə, əlbəttə ki, bir uşaqdan eşitdiyi hekayədir.”

 

Müstəqil.az

Share: