BNA-nın taksi şirkətlərilə bağlı qərarı sərnişindaşıma xidmətilə məşğul olan şirkətlərin və sürücülərin haqlı narazılığına səbəb olub.
İlk növbədə onu qeyd edim ki, uzun illərdir Milli Məclisdən tələb olunmasına baxmayaraq “Rəqabət haqqında” qanun qəbul olunmur.
O cümlədən BNA-nın yanaşması qüvvədə olan “Haqsız rəqabət haqqında” qanunun tələblərinə də ziddir.
Müstəqil.Az xəbər verir ki, bunu Ümid Partiyasınn sədri İqbval Ağazadə BNA-nın taksi şirkətlərilə bağlı qərarına münasibət bildirərək özünün Feysbuk səhifəsindəki divarında paylaşıb:
“İş tapa, ailəsini dolandıra bilməyən çoxsaylı insanlarımız məcburiyyət qarşısında qalıb taksi fəaliyyəti ilə məşğul olurlar.
Taksi sürücüləri içərisində həkim, müəllim, iqtisadçı, mühəndis və s peşə sahiblərinə hər gün rast gəlirik.
Təəssüf ki, vətəndaşlarımız son ümid yeri kimi taksi fəaliyyətini seçməli olurlar – dolanışıq, balasına çörək aparmaq üçün. Bu imkanı da onların əlindən almağa kimsənin haqqı yoxdur. Çıxış yolu bu deyil.”
Partiya sədri daha sonra əlavə edib :”BNA-ya təklifim isə illər öncə tərəfimdən səslənmişdi. Yazıqlar olsun ki, kimsə o təklifi eşitmədi.
Bir daha xatırladıram.
Azərbaycanda üç avtomobil zavodu var. Təklif etmişdim ki, ölkə daxilində fəaliyyət göstərən taksi şirkətləri yalnız yerli avtomobilləri alsınlar və tədricən bütün taksilər yerli istehsaldan formalaşsın. Bu həm ölkədaxili istehsala, həm rəqabətə, həm də işsizliyin aradan qalxmasına yardım edəcək. Kimsə iddia etməsin ki, yerli avtomobillərin keyfiyyəti aşağıdır və ya standartlara uyğun gəlmir. Əgər belədirsə onda niyə bu sahəyə milyonlarla vəsait qoyulub? Əgər bir avtomobil zavodunun istehsalı taksi xidmətinə yaramırsa niyə dövlət vəsaiti ora yönəldilib?
London taksilərində gəzməkdənsə , londonlular kimi yaşamağa öyrətməliyik vətəndaşımızı.”
Müstəqil.Az