Britaniyada keçmiş həbsxana işçisi arvadı onun xəyanətindən xəbər tutduqdan sonra qadını öldürüb.
Məlumata görə, 2014-cü ildə Aleksandr Klak körpəsinin 17 yaşlı dayəsi ilə yaxın münasibətdə olduğunu öyrənən arvadını döyərək boğub öldürüb. Qadın kişini ondan ayrılmaqla hədələyib. Qəzəbli kişi 2 yaşlı qızının gözü qarşısında həyat yoldaşına hücum edib.
Qatil arvadının cəsədini çamadana qoyub və onu Qrenadanın Müqəddəs Corc şəhərinin kənarında basdırıb. Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqda Aleksandr 67 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun işi məhkəmənin stenoqramının olduğu kompüterlə birlikdə itirilib və məhkəmə britaniyalını azadlığa buraxmalı olub.
Mənbə: gazeta.ru