ABŞ-ın Texas ştatında yaşayan 7 yaşlı uşaq 3 yaşında itirdiyi atasına daha yaxın olmaq üçün Afrika qitəsinin ən yüksək dağı olan Kilimancaroya dırmaşıb.
Moderator.az xəbər verir ki, kiçik alpinist 5 min 895 metr yüksəkliyindəki dağa dırmaşan ən gənc insan olmağı bacarıb. Montannah adlı uşaq anası ilə bərabər bir yardım təşkilatı vasitəsilə bu arzusunu həyata keçirib. Aylarla gərgin təlimdən keçən uşaq 6.5 gündə dağa dırmaşıb.