Çində 72 yaşlı Çju Yunçan onurğa əzələlərinin atrofiyası diaqnozu qoyulan nəvəsi üçün gözəllik bloqeri olub.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, o, xəstə nəvəsini sağaltmaq üçün altı il əvvəl bu işə başladığını bildirib.
Onun sözlərinə görə, nəvəsinə lazım olan dərmanın qiyməti təxminən 100 min dollar olub.
Yunçan hazırda müxtəlif kosmetik məhsulları reklam edərək pul qazanır.